Milli Qəhrəman Əlif Hacıyevin xatirəsi anılıb

İyunun 13-də Azərbaycan Hərb Tarixi Muzeyində Milli Qəhrəman Əlif Lətif oğlu Hacıyevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş “Unudulmaz qəhrəman” adlı anım tədbiri keçirilib.

Tədbirdə şəhid mayor Əlif Hacıyevin ailə üzvləri – qardaşı Səfər Hacıyev, bacısı Şükufə Zeynalova, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik, Elmar Hüseynov ,Vətən müharibəsi iştirakçıları, qazilər, Müdafiə Nazirliyinin idarə və müəsisələrindən nümayəndə heyəti iştirak ediblər.

Tədbirdə muzey rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib ki, Vətən uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş zabit və əsgərlərimizin xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq: “İgidliyinə görə qürur hissi keçirdiyimiz Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdir. 1953-cü ilin iyunun 24-də Xocalı şəhərində dünyaya göz açan Əlif Hacıyevin keçdiyi həyat və döyüş yolu ilə tanış olanda qürur duymamaq mümkün deyil. Bütün həyatını vətəninə xidmət etməklə keçən əsl qəhrəmanlıq nümunəsidir.

Ehtiyatda olan polkovnik Elmar Hüseynov çıxış edərək Milli Qəhrəman Əlif Hacıyevin Vətənə olan sevgisindən və qəhrəmanlıq dolu xatirələrindən də danışılıb.Bildirilib ki, Milli Qəhrəmanımızın xatirəsinin hər zaman yaddaşlarda yaşayacaq və gələcək nəsillərə örnək olacaq.Qeyd edilib ki, Əlif Hacıyev, eləcə də digər qəhrəmanlarımız Vətənimizin fəxridir. 

Tədbirdə Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş “Xocalının Əlifi” adlı sənədli film nümayiş olunub. Bədii hissədə Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.

Bu xəbəri paylaşın: