Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər şöbəsinin sədri Bəyanat Tapdıq oğlu Qasımovun 66 yaşı tamam oldu.

Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Bəyanat Qasımovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Fədai.az kollektivi səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Uzun illərdir ki, bizimlə birgə addımlayan Bəyanat Qasımov ölkəmizin ikinci şəhəri olan Gəncə şəhərində müharibə veteranlarının problemlərinin həllində daim öndə olub.
Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
100 yaşa, Bəyanat bəy!
Bütün gözəlliklər sənin olsun!
AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi




