Xeyirxah insan

17 iyun 2023-cü il tarixində Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə Nizami Tibb Mərkəzi HPŞ-nın strukturuna daxil olan 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında tədbir keçirilib.

Mərasimdə AVMVİB-in sədri Füzuli Rzaquliyev, AVMVİB-in Laçın rayon şöbəsinin təşkilati məsələlər üzrə sədr müavini Firidun Ağayev, xəstəxana əməkdaşları Rəna Axundova, Sərvər Hüseynli, Vüsalə Yusifova, İlqar Ağayev, Fidan Hüseynova, Aybəniz Qəhrəmanova və digərləri iştirak ediblər.

Qeyd edək ki,Qönçə Abdullayeva xəstəxanaya rəhbər təyin olunandan öz işgüzarlığı ilə kollektivin dərin hörmətini qazanıbdır. Təyin olunan gündən etibarən xəstəxanada müalicə alanla hər bir şəxs üçün lazımi şərait yaradıbdır. Xəstəxanaya müayinə və müalicə gələn veteran, qazi və şəhid ailələrinin uşaqlarını həmişə diqqət mərkəzində saxlayır, onlara maddi və mənəvi köməyini əsirgəmir.

Qönçə Abdullayeva AVMVİB rəhbərliyinin qərarı ilə təşkilatın təsis etdiyi «Böyük Zəfər» medalı ilə təltif edilib.

Həkim həmçinin Müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hər zaman göstərdiyi həssas və qayğıkeş münasibətə görə AVMVİB-in Laçın rayon şöbəsi tərəfindən Fəxri fərmanla təltif edilib.

Xatirə medalın AVMVİB sədri Füzuli Rzaquliyev təqdim edib.Füzuli Rzaquliyev  çətin və şərəfli peşənin sahibləri olan tibb işçilərinə uğur və müvəffəqiyyətlər arzulayıb .44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında əsgərlərimiz və zabitlərimizlə birgə həkimlərimizin də əvəzsiz rolu olduğunu qeyd edib.

Füzuli Rzaquliyev Qönçə Abdullayevaya veteran, qazi və şəhid ailələrinin uşaqlarına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Fəxri fərmanı AVMVİB-in Laçın rayon şöbəsinin təşkilati məsələlər üzrə sədr müavini Firidun Ağayev təqdim edib.

Qönçə Abdullayeva öz növbəsində  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev başda olmaqla veteranlara öz minnətdarlığını bildirib.

AVMVİB-in Laçın rayon şöbəsinin təşkilati məsələlər üzrə sədr müavini Firidun Ağayev

Bu xəbəri paylaşın: