AVMVİB Yasamal rayon Təşkilatının üzvü, Vətən Müharibəsi iştirakçısı Əsədov Samir Tahir oğlu 29 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki Əsədov Samir,sentyabr 27 -də başlayan Vətən Muharibəsi döyüşlərində orduya könüllü yazılmış və döyüşlərə getmişdir .Cəbrayıl və Zəngilanın azad olunmaslnda iştirak edibdir.
Qəhrəman döyüçü Qurd qapısı gəbristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin mümayəndəsi, AVMVİB Yasamal rayon təşkilatının sərdi və üzvləri, mərhumun döyüş yoldaşları iştirak etdi.
Allahdan döyüşçümüzə rəhmət, yaxınlarına səbr diləyirik.
AVMVİB Yasamal şöbəsinin sədri Salman Hüseynov
