“FETÖ”-çüləri deşifrə etmək, aşkarlayıb uzaqlaşdırmaq gecikdirilməməlidir — Azər Həsrət

“Təəssüf ki, hörmətli deputatımız Aqil Abbasın çaldığı həyəcan təbili əsassız deyil. Şəxsən mən də uzun illərdir ki, bu məsələ ilə bağlı həyəcan təbili çalıram. Nəinki Türkiyədəki dövlət çevrilişi cəhdindən sonrakı dövrlərdə, o dövrə qədər də dəfələrlə, yetərincə yüksək səslə bu problem haqqında şəxsən özüm danışmışam. Sonradan “FETÖ” dediyimiz bu təşkilatlanmanın, şəbəkənin 1990-cı illərdən Azərbaycanda nələr törətdiyinə diqqət çəkməyə çalışdığımı xatırladıram. Mənim onlarla təmaslarım olub, nəyə xidmət etdiklərini vaxtında deşifrə etmişdim. Əlbəttə, indiki imkanlarımız olmasa da, mümkün dərəcə həyəcan təbili çalırdıq. Çox təəssüf ki, qardaş Türkiyədə bu məsələ faktiki olaraq kökündən həll edilsə də, Azərbaycanda tam olaraq həll edilmir. Bunun səbəbkarı, əlbəttə ki, hakimiyyətin bu və ya digər qollarında maskalanaraq, hələ də vəzifə başında qalan adamların olmasıdır. Dövlət doğrudan da çox təhlükəli durumdadır. O adamları deşifrə etmək, aşkarlayıb uzaqlaşdırmaq gecikdirilməməlidir. Çünki onlar həqiqətən də çox təhlükəli şəbəkədirlər. Üstəlik, çox böyük pulları, arxalarında isə böyük qüvvələr var…”

Fedai.az xəbər veirir ki.bu sözləri Pravda.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, FETÖ şəbəkəsi ABŞ-da oturmuş bir şəxs tərəfindən yönəldilib, idarə edilirmiş kimi görünsə də, əslində, o şəxs kukladır, müqəvvadır:

“Həmin müqəvva işin görünən tərəfidir. Onun arxasında çox böyük pullar, qüvvələr var ki, onlar Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə təsir imkanlarını qorumaq üçün hətta öz ideologiyalarını belə pərdələməyi bacarırlar. Sirr deyil, FETÖ-yə bağlı adamlar guya dindarlardır, İslam tərəfdarlarıdır. Amma onların qaydalarında həmin dindarlara hətta spirtli içkilər içməyə belə icazə verilir ki, özlərini maskalaya bilsinlər. Görürsünüz, nə qədər təhlükəli bir şəbəkə ilə üz-üzəyik? Buna görə də düşünürəm ki, dövlətimiz hörmətli deputatın həyəcanlı çağırışını diqqətə almalıdır, bütün sahələrdə o şəbəkəni çökdürməlidir. Özəlliklə də təhsil sektorunda. Təhsillə bağlı dəfələrlə mən də demişəm. Hər dəfə nəsə deyəndə o şəbəkənin hücumlarına məruz qalmışam, təhqir olunmuşam, gözdən salınmışam, müəyyən məsələlərdə yolum kəsilib. Bu yolun kəsilməsini isə dövlətin əli ilə ediblər. Çox böyük təhlükədir. Bu şəbəkənin mənsubları Azərbaycan dövlətinə verə biləcəyim faydanın qarşını alıblar. Niyə dövlət buna göz yummalıdır? Çox ciddi addımlar atılmalıdır…”

Bu xəbəri paylaşın: