AVMVİB Goranboy rayon şöbəsində şəhidin anım günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin üzvləri şəhid Qəhrəmanov İlham Fətulla oğlunun anım günü qeyd ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.

Anım mərasimində çıxış edən AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov şəhid İlham Qəhrəmanovun həyat və döyüş yolundan danışmışdır. O bildirib ki, şəhid İlham Fətullayev vətənin ağır günündə Almanya respublikasındakı bütün işlərini yarımçıq qoyaraq,döyüşlərə qatılıb.Elmar Məmmədov şəhidimizin məzarının olmadığını yanğıyla qeyd edib.

Elmar Məmmədov bildirmişdir ki, bugün torpaqlarımızın işğaldan azad olunması şəhidlərimzin qanı bahasına başa gəlmişdir. Şəhidlərin və qazilərimizin hər birimizin üzərində böyük haqqı vardır .Şəhidlərimiz, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirənlər heç vaxt unudulmayacaq.

Sonda şəhidin həyat yoldaşı Qəhrəmanova Kəmalə Kamran qızı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsi tərəfindən Fəxri fərmanla təltid edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Məkanlari cənnət olsun!


Bu xəbəri paylaşın: