DİN BİZİ AYIRMAQ DEYİL, BİRLƏŞDİRMƏK VASİTƏSİ OLMALIDIR

Xaqani Ədəboğlu «Türkçülükdə Səlcuqlu xəstəliyi» kitabından — 2016

Bu gün şiə və ələvilərin Əli (ə) sevgisi qədimdən türklərin qəlbində vardı. Osmanlı sultanları seyidləri vergilərdən azad edirdilər. Əmir Teymur Peyğəmbər (s.ə.s) övladlarının adıyla bağlı məkanları, ziyarətgahları təmir etdirərdi. Əmir Teymur öz prinsiplərini açıqlayarkən yazırdı: “Öz səltənətimi İslam dini əsasında qurdum, xeyiri və ehsanı əskik olma-yan şəriətə bağladım, hörmət, izzət bəslənilməsi zəruri olan Peyğəmbər (s.ə.s) övladlarına və əsabələrinə məhəbbət əsasında qaydaya saldım.”


Digər tərəfdən,Əmir Teymur seyidləri birinci dövlət təbəqəsinə aid etmişdi.


Gətirdiyim bu sitatlar XIV-XV əsrlərdə İslamın görüntüsünü yarada bilər. Bu gün dərinləşmiş məzhəb fərqlərinin nədən ibarət olması aydın görünür. İmam Əli (ə) və Əhli-Beytdən fiqh (şəriət elmi) götürənlər şiə adlandırıldı.

Digər böyük toplum İmam Əhməd bin Hənbəli, İmam Malik, İmam Şafi və İmam Əbu Hənifədən öz fiqhini götürdü. Bu gün sünni çoxluq (vəhabilər də onlara dəstək verir – müəl.) öz fiqhini Əhli-Beytdən olan İmam Əlidən (ə) götürənləri hansı əsaslarla kafir, dindən çıxmış, sebeçi (yəhudi Sebenin davamçıları), rafizi və s. adlandırırlar? Peyğəmbərə (s.ə.s) gedən yol, elm şəhərinin qapısı Əlidirmi (ə), yoxsa bu dörd təriqət başçısı olan imammı? Bu yöndə şiəliyi farslara bağlayan qardaşlarımız məzhəb imamlarından ikisinin fars olmasını, hətta İmam Hənəfinin Sasani hökmdarı Yəzdəgirdin nəslindən olmasını oxumayıblarmı? Yaxud Əbu Hənifə və Malik bin Ənəs həzrətlərinin İmam Sadiqdən (ə.s) dərs almalarını bilmirlərmi? Onlar əzəmətli üləmalardır, amma Həzrəti Əli (ə) də Allahın Aslanı, Allahın qılıncı deyilmi?


Ümumiyyətlə, sünnilərin daha çox işlətdiyi rafizi və yaxud rəfaviz sözü müxalif deməkdir. Şiəliyi ləkələmək üçün uydurulan bu ləqəb şiəni dinə müxalif kimi göstərmək vasitəsinə çevrilib. Əslində şiələr Əməvi – Abbasi xəlifələrinin anti-islam mahiyyətinə qarşı müxalif olublar, daim basqı altında yaşayıblar. İslami qanunları unudaraq qəsbkar, istilaçı, zalim və kafir olan xəlifələrə qarşı şiələr daim mübarizə aparıblar. Bu xəlifələr öz küfrlərini ört-basdır etmək üçün saxta hədislərə meydan veriblər.


Xəlifələr özlərini möminlərin əmiri adlandırmaqla kifayətlənmir, həm də ozlərini Əhli-Beyt adlandırırdılar. Müaviyyə və Əbu Süfyan Əhli-Beyt hesab olunurdu, saxta hədislər Qurana tən tutulurdu, buna müxalif olan topluma şiə-rafizi deyənlər vardı… Çünki bir hədisdə deyilir: “Bir adam padişahın əmrindən çıxarsa cahiliyyət (imansızlıq) içində ölür” (Müsned-i Ahmed c.1 səh.31).

Xəlifələrin sifarişiylə yazılan bu cür hədislər yüzlərcədir. Həmişə hökmdarlara sərf etdiyinə görə daim müdafiə olunmuşdur. Aydındır ki, şiələrin müxalif olduğu şeylər İslam əleyhinə olan şeylərdi. Sünnilər şiələri dini parçalamaqda günahlandırırlar. Deməli din parçalanıb. Bu parçalardan ayrı-ayrılıqda hansı haqlıdır? Hər ikisi özünü əhli-sünnət sayaraq qarşısındakını müxalif sayır. İran-fars təmayüllü şiəliyin klassik şiəliyə aidiyyatı yoxdur. Bu daha çox siyasi şiəlikdir və mahiyyəti molla rejiminə xidmət etməkdir.

Kimdir haqlı?


Bir gün şiələrin Yezidə, Şümrə lənət oxumalarına qarşı İmam Əl Qazali belə söyləyib: “Bu gün Şümr adında adam yoxdur, nəsli də kəsilib. Amma müsəlman müsəlmana lənət oxumaz”. Çox güman ki, belə cılızlıqları üləmalarımızın elmsizliyi törədir. Ona görə də həm özləri, həm də bizlər əziyyət çəkirik. Əl Bəlazuri Azərbaycanın (Cənubi Azərbaycan) Xəlifə Əbu Talib zamanında (656 – 661) İslamı qəbul etdiyini və Quran oxuduqlarını yazıb. İslamı qəbul etmiş Albaniya və Atropatenanın qeyri-ərəb əhalisini “məvla” (cəmdə məvali) adlandırırdılar. Məvali heç də İslam dinini qəbul etmiş qeyri-ərəblərin hamısına deyilmirdi. Bu söz İslamdan əvvəl “dönmə ərəb” anlamında işlədilirdi. Azərbaycan türklərinin İmam Əliyə (ə) bağlılığını bu faktlarda aramaq yetər.

Ərəb tarixçilərinin əsərlərində də bu yürüşlərin xəlifə Osman (r.a) zamanında başlanması haqda məlumatlar çoxdur. “Tarixi Dərbəndnamə” (1898) əsərində deyilir: “Əbdülrəhmanın ölümündən sonra onun din uğrunda apardığı savaşlarda iştirak etmiş silahdaşlarından biri Əmir Əl Möminin Osmanın (644 — 656) yanına gəlir. Həzrəti Osman (r.a) ondan soruşur: “Siz o çətin yolları necə keçdiniz? O ölkələri necə fəth etdiniz?” Döyüşçü suala belə cavab verir: “Ey möminlərin başçısı! Oradakı bütün şəhərlər türklərlə qarışıq yaşayan xəzərlər və alanlar adlanan dinsizlər idi”.


Həmin faktı “Übeyd ibn Şəriyyə Əl Curhuminin əxbarı” (VII əsr) əsərində verilmiş məlumatlar Azərbaycan əhalisinin türklərdən ibarət olduğu qeyd edilib: “Azərbaycan qədimdən türklər ölkəsidir və onlarla məskundur”.


Belə faktlar yüzlərlədir. Dünya alimlərinin türklərin gəliş məkanının Altay, tarixin X-XI əsrlər olması yalanlarına Türkiyəli alimlər də bəh-bəhlə qoşulurlar. Guya türklər Səlcuqlularla birgə gəlib. Əslində isə Səlcuqlular türkün inkişafına ən böyük zərbəni vurmuş bir toplum kimi türk tarixinə düşüb. Müasir Türkiyə hələ də “gəlmə”, “türkmən” konsepsiyasını sürdürməkdədir. Səlcuqlarla eyni vaxtda türklərin gəlməsi tam bir yanlışdır və qərblilərin yürütdüyü antitürk siyasətin tərkib hissəsidir. Səlcuqlar gəldiyində Bizans ordusu qıpçaq və beçeneqlərdən təşkil edilmişdi. Yerli türklərin on min ilə dayanan tarixi və mədə-niyyəti vardı. Anadoluda yunanlar həmişə azlıqda olan bir toplum olub. Xristian Qaraman (Qıpçaq) Ərməniyyəsinin, xristian qıpçaqların dağıdılması ərmənilərdən qalan mədəniyyətə hay həyasızlarının sahib çıxmalarına yol verilməməlidir (Bu gün haylar onların tarixi nailiyyətlərini oğurlayaraq ərazi iddiası edir. Özünə hay deyən toplumun Anadoluya gəlişi yalnız XVI əsrdən bəri mümkün olub. Onlara tarix yazan fransızlar hay etnosunun gərəksiz bir toplum olduğunu, məbəd fahişəliyindən qeyri bir nailiyyətinin olmadığını görüncə Qaraman Ərməniyyəsinin və qıpçaqların tarixini onlara uyğunlaşdırdı. Onsuz da Səlcuqluların və Osmanlıların təzyiqləri ilə Qaramanın xristian əhalisi Qafqaza köç etməyə başladı. Onlar hazırda Şimali Qafqazda, Krımda və Gürcüstanda yunan adıyla yaşamaqdadırlar. “Danışməndilər”dastanı, Qıpçaqca İncil və s. onların yadigarlarıdır. Az bir hissə – Trakyaya sürgün edilən xristianların isə tarixi haqlarını bərpa etməliyik – müəl.).


Bizans imperiyasından öncə yunanların da Pelasqiya (Palasak, Balasaqun və s. – müəl.) adlandırdığı bu ölkə sak adlanan türklərə məxsus olmuşdur. Bir Skandinav salnaməsində deyilir: “Bizim Saksland adlandırdığımız yerlər German dövlətidir. Bu, olduqca güclü dövlətdir. Oradan axan çay Dumibiya (Dunay) adlanır. O, Alp dağlarından başlanır. Bu böyük nəhrə daha 60 böyük çay axır və dənizə 7 böyük qolla tökülür. Bu çayın arxasındakı yer Trakya (Türkiyə) adlanırdı. Orada olan şəhər Konstantinopol şəhəridir. Şəhərin əsasını Koninq Konstantin qoymuşdur. Adamlar bu şəhəri Maklaqard adlandırırlar. Trakyada əvvəl Yafətin oğlu Firas yaşayıb. Türk adlanan xalq yaranıb. Qədim kitablardan məlum olur ki, buradan Svitoda, oradan isə Norveçə, oradan İslandiyaya, sonra isə Qrenlandiyaya köçüblər. Trakyanın yanında Hunqarland yerləşir.” (Е.А. Мельникова «Древнескандинавские географические сочинения» Москва 1986 стр. 65). (Bu barədə geniş araşdırmalarım var. Biz Mərkəzi Asiyadan deyil, buradan Mərkəzi Asiyaya getmişik. Arxeologiya bu faktı təsdiqləməkdədir.).


Rusiyalı alim N.U.Marr türklərin vətənlərinin Orta Asiya olmasının yanlış olduğunu ilkin görənlərdəndir: “…Onların (türklərin) kütləvi şəkildə orada yaşadıqlarını və ilk yazılı dəlillərin orada olduğunu bildiyimizə görə türklərin ilk vətəninin Asiya olduğu fikrinin elmiliyi ilə razılaşmaq mümkün deyil” (24; 134-135).


Başqa bir saqada (“İnqlinq haqqında saqa”) deyilir: “Şimal-Şərqdən Cənub-Qərbə doğru sıra dağlar (Ural – müəl.) uzanır. O, Böyük İsveçi (Böyük Skifiyanı – İskoçu) başqa ölkələrdən ayırır. Cənuba doğru Türk ölkəsi başlanır. Orada da Odinin torpaqları var…”


Snorri Sturulsona görə: “Aslar və vanlar qonşu tayfa idilər. Daim bir-biriylə savaşırdılar… Aslar türk ölkəsindən çıxıb Odinin başçılığı ilə Van ölkəsinə savaş etdi…”

Homer yazır: “Torpağında gümüş olan uzaq Alb diyarından, Qalidzonlu qoşunları Odi ilə Epistrof gətirmişdi…” (Homer “İliada” Bakı 1986 s. 44/835).


Gümüş və misiylə məşhur olan ölkə Alban ölkəsi, Odi isə Saqaların xəbər verdiyi Odindir. Bu azacıq faktlar da sübut edir ki, bölgədə yerli xalq yalnız türklərdir və bizə “gəlmə” deyən bütün irandillilər, semit tayfaları, bizanslı yunanlar və s. gəlmə xalqlardır. Bu gün bölgənin türkləşməsindən deyil, yeni türk yürüşlərindən bəhs etmək yetərlidir. İslamın gəlişiylə “kafirlik yayar” – deyə yandırılmış ki-tablar ucbatından bu gün qərb türklərinin tarixi oluşunu təsdiqləmək çətin olsa da mümkündür.

Türkiyə və Azərbaycan tarixçiləri diqqəti bu istiqamətə vermək əvəzinə Vatikanın cızdığı tarixi bilgilər cızığından millimetr kənara çıxmırlar. Hətta X əsrdən öncə Kür-Araz mədəniyyətində türk izi görən Türkiyə tarixçiləri bu izlərin olduğunu bilə-bilə, romalı, hay, bu da olmadıqda isə ərəb, yəhudi adıyla bağlamağa çalışırlar. Bu gün birgə əzmlə hayların mənimsədiyi “erməni” adı və fransızların uydurduğu yalançı “Hayastan (Armenia) tarixi” deşifrə edilməlidir. XV əsrdən Anadoluya yol tapan haylar özlərini bu yurdun tarixi sahibləri elan etməkdədirlər. Bu gün haylar, rus himayəsiylə əsil tarixi gerçəklərin üzə çıxmaması uğrunda mübarizə aparmaqdadırlar. Nə yazıqlar ki, hər iki ölkənin beyinsiz adamları bu hay həyasızlığını heyranlıqla təsdiqləyirlər. Bəlkə də bic haylar bu türk sadəlövhlərinə gülürlər…


Belə əsassız yanaşmalardan biri də guya şiələrin on ikinci imam Sahibi-əz Zaman ideyasını xristianlardan əxz etməsi haqqında deyilənlərdir. Hazırda, xüsusilə də qardaş Türkiyədə bunun da günahlarını Şah İsmayıl Xətaidə görürlər. Hətta İran şiələri arasında da bu fikrin tərəfdarları var. Dr. Al Bardi (şiədir) yazır ki, Şah İsmayıl guya bu adətləri dünya xristianlarından alıb. Guya Aşura ayinləri ilə İsa (ə) və həvarilərin başına gətirilən faciələri qeyd edirlər.

Amma elm adamı sayılan bu adam bu ayinlərin Şah İsmayıldan çox-çox öncə keçirilməsi faktlarının mövcudluğundan xəbərsizdir (Nizamül-Mülkün «Siyasətnamə»əsərində Məlikşahın bu mərasimlərə icazə verdiyi yazılıb — X.Ə.). Xristianlıqda İmam Hüseyn (ə) əhvalatına uyğun hadisə Yəhya (ə) peyğəmbərin başına gəlib.

12 rəqəminə gəlincə isə bu, çox qədim zamanlarda yaradılmış “Türk illəri” adlanan müasir təqvimdəki ayların sayı, astrologiyada bürclərin sayı, Azərbaycanda Qam duası (Muqam: mu – dua, ğam – kahin, imam) muğamların sayı və s. yalnız türklərin adı ilə bağlıdır. Oğuzun 12 oğlu olub. Yusif (ə) peyğəmbərin 12 qardaşı vardı. Midiya məbədlərində 12 maq durardı. “Qabusnamə” əsərində deyilir: “Eşitmişəm ki, Peyğəmbərin (s.ə.s.) vaxtında onun səhabələri arasında yamaqlı paltar geyən 12 “suffə sahibi” (Sufi) olub. Peyğəmbər (s.ə.s.) tez-tez onlarla xəlvətə çəkilər və onları sevərmiş” (s.205). Tarixçi Nizaməddin Şami (XV əsr) “Zəfərnamə” əsərində yazırdı: “Türklərin siçan ilinə təsadüf edən (Türk illəri deyimi Əmir Teymur dövrünədək izlənilir-müəl.) yeddi yüz səksən altıncı ildə Əmir Teymur seçmə süvarilərlə Reyə gəlib qışı orada keçirdi” (N.Şami “Zəfərnamə” Bakı. 1992. səh.5). Əmir Teymurun pirim dediyi Mir Səid Şərif əmirə belə yazırdı: “Səltənətimi on iki təbəqəyə uyğun olaraq müəyyənləşdirdim. Bu on iki təbəqəni dövlət karxanasının on iki ayı, Səltənət göylərinin on iki bürcü gözündə gördüm” (“Əmir Teymurun vəsiyyətləri” Bakı. 1991 səh.58).


İmamların dövrə görə sıralanması 11-lə tamamlanır və 12-cisi Mehdidir. Bu 12 imamla bağlı hədislər tək şiələrə aid deyil. Əslində sünni mənbələrində də bu barədə yetərli məlumatlar var. Dəfələrlə araşdırıldığına görə yalnız mənbələri sadalayacağam:
1) Сахих Муслим “Аль-Амарат”, 2) Са-хих аль Бухари “Аль Ахкам”, 3) Сахих Тирмизи т. 2, ст. 35, 4) Аль-Мустадрак аляс-сахихайн т. 4. ст.501, 5) Хайсами Маджма аз-заваид т.5.ст.190, 6) Муттаки Хинди” Канз аль-уммал” т.3.ст.205, 7) Аль Фитан т.6.ст.201, 8) Ахмед ибн Ханбали “Муснад” т.1.ст.398, 9) Хилаят аль-Аулия Абу Наима т.4.ст.333, 10) ”Тарихи аль хиляфа Дж.Сюти” ст.14, 11) Фатх аль Бари т.13. ст. 183, 12) Тафсир Ибн Кассир т.2.ст.34 və s.


Peyğəmbərimiz (s.ə.s) Rəbiul-Əvvəl ayının 12-də doğulub. Qədim Saqa məbədlərində 12 maq ayinlərdə və qurbanları qəbul etməkdə iştirak edərdi. “Həqiqətən göyləri və yeri yaradan gündə Allahın kitabında ayların sayı on ikidir” (“Tövbə” surəsi 36-cı ayə). Xəzərlərin Tanrıçılıq dini üzrə 12 ilahə (təbiət hadisəsi və s.) inancını İbn Fazlan qələmə alıb. “Kitabi Dədə Qorqud” 12 boyddur. İsrail oğulları 12 qoldan yaranıb. Peyğəmbərimizin 12 sufi sahəbəsi olub. Sutkanın günəşli vaxtı-12 saatdır. Bu, təsadüfmü? Niyə bəs xristianlıq?


Bu mövzu növbəti kitabımda geniş işıqlandırılacağına görə, bu gün xristian aləmində toxunulmaz 12 həvari mövzusuna diqqət yetirək.


Araşdırdıqda məlum olur ki, 12 imam mövzusunun 12 həvari ilə heç bir oxşarlığı belə yoxdur. Ümumiyyətlə, İsa (ə) peyğəmbərin əhvalatı adi bir astroloji təbiət hadisəsidir. Sadəcə izahı yüz illərdir qadağan edilib. Bunun qədim türklərin qeyd etdiyi Apa Tur (Bir zamanlar bütün Avropa bunu qeyd edib. Nəsilsayma Bayramı da demək olar) bayramı ilə (25 dekabr) bağlı olub. Bu bayram və astroloji hadisələr Azərbaycandan–öncə Misirə, oradan Yunanıstana, Friqiyaya (qədim dövlət), İrana və Hindistana keçib. Misirdə Qor (Qorus, Gorus) – 25 dekabrda anadan olub. O doğulanda Şərqdə bir ulduz doğub, Qor 30 yaşında Anuk adlı birisindən elm öyrənib. Qorun 12 şagirdi olub. Onlarla bərabər gəzərək möcüzələr göstərib. Xəstələri sağaldıb, suyun üzəriylə gəzib və s. Onu Tanrının oğlu, İlahi od, Tanrının əli, Tanrı nuru və s. adlandırırdılar. Şagirdlərindən Tifon adlı birisinin satqınlığı nəticəsində çarmıxa çəkilib və üç gün sonra dirilib.

Friqiyada Attis 25 dekabrda doğulub, çarmıxa çəkilib və üç gündən sonra dirilib. Yunanlarda Dionis 25 dekabrda doğulub. Möcüzələr göstərib, suyu şəraba döndərib. Çarlar-çarı, Alfa – Omeqa, Tanrının oğlu və s. adlanıb. Ölümündən 3 gün sonra dirilib. Farslarda Mitra da 25 dekabrda doğulub. 12 şagirdi ilə birgə gəzərək möcüzələr göstərib. Dəfnindən üç gün sonra dirilib. Hindlilərdə Krişna doğulanda Şərqdə bir ulduz parlayıb. Şagirdləri ilə möcüzə göstərib. Ölümündən sonra dirilib.
Ümumiyyətlə, qədim dövr mifologiyasında və tarixində Şərq dedikdə birmənalı olaraq Şimali Azərbaycan (Albaniya) ölkəsi anılıb. Hətta Osmanlı dönəmində Azərbaycana “Şərq diyarı” deyirdilər (Sultan Səlim də öz məktubunda Azərbaycanı Şərq diyarı adlandırır).

Qədim türklərdə Apa Tur (Nəsilsayma) bayramı 25 dekabra təsadüf edirdi. Sonralar bu bayram bir sıra Avropa ölkələrinə keçib öz mahiyyətini dəyişdi. Bu bayramda ölən və doğulan nəslin hesabatı aparılardı. Noyabrdan başlayaraq 22-23-24 dekabr günlərində bütün ölənlər yad edilir və yeni doğulanlar sayılaraq bayram başlanırdı. Bu vaxt ərzində sayımı aparanlar xəstələrə baş çəkir, ehtiyacı olanlara yardım edər, digər ailələrin istəkləri arzuları ilə maraqlanardılar. Çox güman ki, “ölüb-dirilmə” bu sayımla bağlıdır. Türklər qədimdən heliobiologiya, astrologiya, numerologiya (uyğur rəqəmlərini bizə ərəb rəqəmi kimi sırıyırlar), kallioqrafiya və mistik nücum elmlərində daim üstün olublar. Müasir təqvimin 12 aya, 12 silsiləyə Makedoniyalı İsgəndərdən çox-çox öncə türklər bölüblər. Yunanlar, ərəblər, romalılar illəri “türk illəri” adıyla tanıyırdılar. “Timmət əl kitab” (Bakı 1990) adlı salnamə 1270-ci ildə nəzmə çəkilib və illər “Türk illəri” adıyla təqdim olunur.


Tarixi-Rumi Makedoniyalı İsgəndərin şərəfinə onun ölümündən 12 il sonra tərtib edilib. Buna İsgəndər təqvimi də deyirlər. “Türk illəri” ilə bağlı Ə.Əhmədov yazır: “Türklərin ayları qəməri olsa da, həmin aylarla hesablanan il şəmsi ilidir. Qədim türk münəccimləri 12 ildən ibarət elə bir dövr təyin ediblər ki, həmin dövr bölgüsü indi də Şərq ölkələrinin çoxunda işlənir. Bu dövrün hər bir ilinə ad veriblər” (Ə. Əhmədov “Əsrarül Quran” II k. Bakı 1994 s. 43).


Böyük silsilə də bu sistemə uyğun bürc əsasında hesablanır. Yer kürəsi il ərzində Günəş ətrafında tam bir dövrə vurur. Günəş nəhəng bir ekleptika dairəsini bürclərin hər birini bir ay olmaqla keçər (30 yaş bu dövrlə əlaqəlidir). Bu zaman bürclər Günəşin mənzilləri sayılır. Məhz bu dayanacaqlarda dekabr ayında (25-ci gün) dörd ulduzun olmasını ərəb astrologiyası da təsdiqləyir: Sədi-Bəl, Sədüs-Süud, Sədül-Əxbiya, Sədül-Məlik.

Məhz bu ulduzlar xaç şəkilli düzülüş forması alır və Günəşin 1 dərəcə yüksəlişi onun bu ulduzların ortasına düşməsinə səbəb olur. Bu gün xristian ikonalarında və xaçlarda Günəşin əks olunması bu astroloji hadisənin kalka edilmiş formasıdır. Yəni xristianlıq günəşə sitayişdən başqa bir şey deyil.


Qədim Sanq-İqiqa (alman alimi Şumer adını yanlış işlədib) xalqında Ay ili 13 aydan ibarət idi. Çariça təqdim olunan üç gəncdən (ona görə də bu ulduzlar qərb mənbələrində indi də uç çar adlanmaqdadır) birini özünə bir illik ər və çar seçirdi. Bu şəxs bir il ərzində əsil çar kimi yaşayardı. Sanq-iqiqa xalqı (Şumerlər) hesab edirdilər ki, on üçüncü ay Günəş ölür və yenidən dirilir. Ona görə də köhnə çar öldürülür və ertəsi gün yeni çar seçilirdi. M.F. Axundov, «Aldanmış kəvakib» (“Hekayəti-Yusif şah”) əsərində, məhz bu motivlərdən istifadə edib…

Yəhudilər maqların bu astroloji elmini Misirdən əxz ediblər. Midiya maqlarının qurduğu bir düzənli sistemi ilk olaraq misirlilər ilahiləşdiriblər.


Musa (ə) öküzə sitayiş etdiyini gördüyü İsraillilərə bir-birilərini öldürmələrini əmr edir.


Bu nə deməkdir? Musa (ə) peyğəmbərin doğulduğu zaman Qızıl Buğa dövrü başa çatırdı. Bu dövr e.ə. 4300 – 2150-ci illəri əhatə etmişdi. Sonrakı Qoç (Quzu) bürcü isə e.ə. 2149 — b.e. 1-ci illərə düşürdü. Yəni Musa (ə) Qoç dövrünün təmsilçisi idi. Ona görə də simvol kimi qoç buynuzundan istifadə edirdi. Mikalancelonun “Musa” tablosunda və bir çox ikonalarda Musanın quzu buynuzlarına oxşar buynuzlarının olması əks olunub. Məsələnin məğzini tam anlamadıqlarına görə Musanın buynuzlu şəkilləri meydana çıxıb (X.Ədəboğlu “Unudulmuş Turanın çöl çiçəkləri” Bakı 2006 s.207). Bu hadisə o dövrlər üçün geniş yayılıb.

«Şumer» deyimi əslində bu ad yanlışdır. Bu ifadəni ilk dəfə Oppers işlədib (1850-ci il). Şumerlər özlərinə Sanq – iqiqa, əhaliyə isə kanqar deyirdilər. Şumer mifləri ilə bəzədilmiş bu astroloji bilgilər Tövratın əsl mahiyyətindən uzaq bir şəkildə dəyişdirildiyini bildirir. Yəhudilərin özlərinin Musa (ə) peyğəmbəri Midiya maqı adlandırmaları da bu faktları təsdiqləyir. Ümumiyyətlə, Şərqdə Tövratda əks olunan rəvayətlərə uyğun rəvayətlər bol olub. Məsələn, Musa (ə) kimi Sarqonu da səbətə qoyub suya atırlar. Kralın arvadı onu götürüb saxlayır…


Sadəcə Buğa bürcü öz yerini Qoç bürcünə verməsi hadisəsi “Kitabi Dədə Qorqud”da Buğacın Buğanı məğlub etməsi kimi əks olunub. Biz bu hadisədən dastan, yəhudilər, romalılar isə din yaradıblar. Eyni dəsti-xətt İsa (ə) peyğəmbərin təliminə də tətbiq edilib. Onun dövrü Balıqlar dövrünə təsadüf edir. İsanın (ə) simvolu balıqla simvolizə edilir. O, iki balıqla beş min nəfəri yedirir. Növbəti dövr 2150-4300-cü illəri əhatə edən Sutökənlə (Dolça) bağlıdır…


Ardı var

Bu xəbəri paylaşın: