AVMVİB sədri: «Xankəndi şəhərində dövlət bayrağımızın ucaldılması tarixi hadisədir»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi şəhərində dövlət bayrağımızın yenidən ucaldılması kimi tarixi və əlamətdar bir günlə bağlı saytımıza açıqlama verib.

AVMVİB sədri bildirib ki, Qalib olaraq Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi altında tarixdən çağdaşlığa körpü saldıq. Dünya hərb tarixinə yenilməzlik imzası atan dövlət – xalq – ordu vəhdəti ilə ədalətli müharibə, sülh, barış örnəyi bəxş edildi. Ulu əcdadlarımızın qan yaddaşını yaşadan Türkiyə-Azərbaycan qardaşlığı bu Şanlı Qələbədə möhürünü vurdu. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev nümunəsində uzaq keçmişdən bizə örnək olan Türk sərkərdələrinin hərb və barış ənənəsini gördük.

1988-ci ildə Azərbaycanın Dövlət Bayrağının Xankəndindən götürülməsindən sonra bu gün tarixi ədalət bərpa olundu. Azərbaycan Respublikası öz suverenliyinə qovuşdu. Millətimizin mərdliyi, gücü özünə qayıtdı və milli iftixar hissi, qüdrəti daha da möhkəmləndi.

Son iki yüz il ərzində Azərbaycan hərb tarixində biirinci dəfə idi Müzəffər Ali baş Komanadanımız öz itirdiyimiz torpaqlarımızı şərəfsiz işğalçılardan azd aedti.

Davamlı oılacağaına əminik.


Bu tarixi günlə bağlı AVMVİB üzvləri adından Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarına 90 minlik Müharibə vetreanları adından dərin təşəkkürümüzü bildiririk.Biz veteranlar daima Ali Baş Komandanın əmrinə hazırıq.

Tanrı Müzəffər Ali Baş Komandanımızı ,ordumuzu ,xalqımızı qorusun!

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: