Bakı şəhər 162 nömrəli tam orta məktəbin müıllimi“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən 5 oktyabr — Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bir qrup təhsil işçisi təltif olunub. Onların sırasında Bakı şəhər 162 nömrəli tam orta məktəbin Çağrəşaqədərki hazırlıq rəhbəri və fiziki tərbiyə müıllimi Sarvan Şirinov da yer alıb. Sarvan Şirinov Məlik oğlu təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi”  döş nişanına layiq görülüb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və Fədai.az kollektivİ adından Sarvan müəllimi təbrik edir ona yeni — yeni uğurlar arzulayırıq.

Bu xəbəri paylaşın: