Neftçalada Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü qeyd olunub

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Tarix elmləri üzrə fəlsəfə doktoru Sübhan Talıblı, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ili dönümü münasibəti ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib və “Müstəqilliyin Bərpası Günü” qeyd olunub.

Öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb və ehtiramla yad olunub. Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Kecirilən görüşdə 32 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edilməsindən. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlanmasından və nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul olunmasından danışıldı. Çıxış edən natiqlər bildirdi ki, “2022-ci ilin 15 oktyabrında Milli Məclis, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.”

Tədbirdən sonra (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov qazilərlə bir araya cay sürfəsi arxasında bunları dedi. “ Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəyyən etdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Azərbaycan Dövlət Müstəqilliyindən 3 il sonra 1994 -cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) fəaliyyət göstərməyə başladı. 29 il ərzində ölkəmizin ictimai- sıyası həyatında fəal iştirak edib və bu gündə yüksək fəallığı ilə secilən aparıcı ictimai (təşkilatlardan) birliklərdən bırıdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdruk dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin və onun davamçısı , Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü olan 90 min qazilərinin ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlünün bərpası idi. Təşkilatımız bu arzusunu Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev reallaşdırdı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla Bütöv Azərbaycan xalqını, Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edirəm.” Tədbirin sonunda şəhid atası və qazilərlə xatirə şəkili cəkildi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov

Bu xəbəri paylaşın: