Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin bugünkü iclasında AVMVİB Daşkəsən rayon şöbəsinin sədri vəzifəsinə yeni təyinat müzakirə olunmuşdur.
AVMVİB Daşkəsən rayon şöbəsinin sədri Əli Musayev Vilayət oğlu fəaliyyətsizliyinə görə tutduğu vəzifədən azad edilib.
AVMVİB sədri Füzuli Rzaquliyevin digər əmri ilə AVMVİB Daşkəsən rayon şöbəsinin sədri vəzifəsinə Tağıyev Seymur Nəsrəddin oğlu təyin olunmuşdur.

Yeni təyinatla əlaqədar olaraq, AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov və Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyev öz çıxışlarında Seymur Tağıyevi təbrik etmiş, işgüzar fəaliyyətinə ona uğurlar arzulamışdır.Biz də öz növbəmizdə AVMVİB Daşkəsən rayon şöbəsinin yeni sədrinə gələcək işlərində müvəffəqiyyətlər diləyir, rayon şöbəsinin üzvlərinə möhkəm can sağlığı arzu edirik.
AVMVİB Mətbat xidməti


