Dünyanın diqqətini çəkən təlimdən REPORTAJ

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk — 2023” birgə taktiki təlimində oktyabrın 24-də «Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

Təlimin ikinci günündə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri tərəfindən birgə sızma fəaliyyətlərinin icra edilməsi, şərti düşmən PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməsinə imkan verilməməsi, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə şərti düşmənin Hava Hücumundan Müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılması əməliyyatları icra edilib.

AZƏRTAC-ın müxbiri  Fərid Səlimovun təqdimatında

Bu xəbəri paylaşın: