AVMVİB üzvləri Tərtərdə qazinin toy məclisində iştirak ediblər

29.11.2023 Tarixdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Rayon şöbəsinin üzvləri 44 Günlük Vətən Müharibəsi İştirakçısı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Kəşfiyyatçı-snayper vəzifəsində xidmət etmiş Talış, Suqovuşan istiqamətində düşmənə qarşı aparılan döyüş əməliyyatları zamanı minaatan mərmisindən ağır yara almış Qazi Nəbiyev Əliş Bəxtiyar oğlunun toy mərasimində iştirak ediblər.

AVMVİB-Tərtər Rayon Şöbəsi sədri Ehtiyatda Olan Mayor Çingiz İsayev Qazi Nəbiyev Əliş Bəxtiyar oğlunu fəxri fərman təltif edərək , yeni qurulan ailəyə xoşbəxt həyat, can sağlığı arzulayıb.

Elçin Qədirov
Qarabağ üzrə müxbir

Bu xəbəri paylaşın: