Həmişə belə olmur. Məhkəmə ata və ya ananın hansının uşağa daha yaxşı baxacağını müəyyən etməlidir. Önəmli olan ayrılan ər-arvad deyildir, uşaqların gələcəyidir. Əlbəttə adətən 3 yaşa qədər uşaqların anada saxlanılması uşağa qulluq baxımından daha vacibdir.
Bunu açıqlamasında vəkil Vamiq Şükürov deyib.
Məhkəmə uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması kimi halları nəzərə alır və bundan sonra uşaqların kimin yanında qalmasını müəyyən edir.
Digər yanlış fikirlərdən biri budur ki, oğlan uşaqları ataya, qız uşaqları isə anaya verilir. Qanun belə bir cinsi bölgü müəyyən etməmişdir.
Uşaq 10 yaşına çatmışdırsa, məhkəmə onun fikrini mütləq nəzərə almalıdır. Amma uşaq öz mənafeyini dərk edib ona ziyanlı seçim edirsə, məhkəmə onun fikrini nəzərə almaya da bilər. Həmçinin məhkəmə 7 yaşına çatmış uşağın fikrini nəzərə ala bilər.