AVMVİB Beyləqan rayon şöbəsi 20 yanvar şəhidlərinin ziyarətində

Xalqımızın həm faciəsi, həm də qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunan “Qara Yanvar” hadisəsinin 35 — ci ildönümü ilə əlaqədar, Şəhidlər xiyabanın ziyarət etdik. Beyləqan Qarabağ Qaziləri , həmçinin AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Beyləqan rayon şöbəsinin sədri Akif Həsənov, eləcə də İcra başçısı Əziz Əzizov başda olmaqla icra hakimiyyətinin səlahiyyətli nümayəndələri, rayon veteranları və şəhid ailələri ilə birlikdə həmişə olduğu kimi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini yad edərək, məzarları üzərinə tər qələnfillər düzülərək dualar oxundu. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Şəhidlərimiz bizə deyir ki, Üç rəngli bayrağımızı salamlayırkən, Xatırayın bizləri, Görün bayraq üzərində, bizdən qalan izləri! Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyini tam bərpa edib. Azərbaycan xalqı və dövləti üçün bu tarixi önəmli gündə bir daha ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenli­yi uğrunda mübarizədə canlarından keçən Vətən övladlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik. Şanlı Silahlı Qüvvələrimizlə fəxr edir, dövlətimizin və xalqımızın hər zaman müzəffər olmasını diləyirik!». Qəhrəman Əsgər və Zabitlərimizin, Şəhidlərimizin, Qazilərimizin canı və qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olmasını arzulayırıq! Bayrağımız daim yüksək zirvələrdə dalğalansın! Allah bütün Şəhidlərimizin Şəhadətin qəbul, Məkanların cənnət, ruhların şad etsin.

Elçin Qədirov

98g78

Whats-App-Image-2025-01-21-at-14-40-15

Whats-App-Image-2025-01-21-at-14-40-16

Whats-App-Image-2025-01-21-at-14-40-18

Bu xəbəri paylaşın: