AVMVİB Zəngilan rayon şöbəsinin kollektivi 20 yanvar şəhidlərini ziyarət edib

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin üzvləri olaraq 2 ci Fəxri Xiyabanda 1994 cü il Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə 19- 20 Yanvar tarixlərində Şəhid olan döyüş yoldaşlarımızın məzarlarını və bütün Şəhidlərin məzarlarını ziyarət edib, bütün Şəhidlərimizin məzarlarına qərənfillər düzdük.
Şəhidlər Xiyabanında Şəhid yaxınları ilə görüşüb söhbətləşdik, dərdlərinə şərik çıxdıq. Sonra Bayıl qəsəbəsində 1994 cü il 20 yanvarda Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla döyüşərək şəhid olan, Şəhid Həsənov İlham Həsən oğlunun xatirəsinə hazırlanmış abidə kompleksinin açılışında iştirak etdik, abidə önünə qərənfillər düzərək Şəhidimizə ehdiramımızı göstərdik. Abidənin açılışından sonra Şəhidimizin ehsanına hazırlanmış ehsan süfrəsində iştirak etdik, süfrə arxasında vaxtilə çiyin- çiyinə döyüşdüyümüz Şəhidlərimiz haqqında xatirələrimizi bölüşdük. Allah bütün Şəhidlərimizin məkanın Cənnət eləsin!

PSS. Qərənfillər təşkil edən, adlarının çəkilməsini istəməyən dostlara dərin təşəkkürümüzü bildirirəm!

Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Whats-App-Image-2025-01-20-at-17-49-16

Whats-App-Image-2025-01-20-at-17-49-16-1

Whats-App-Image-2025-01-20-at-17-49-17

Whats-App-Image-2025-01-20-at-17-49-19

Whats-App-Image-2025-01-20-at-17-49-21

Whats-App-Image-2025-01-20-at-17-49-24

Whats-App-Image-2025-01-20-at-17-49-25

Whats-App-Image-2025-01-20-at-17-49-26

Whats-App-Image-2025-01-20-at-17-49-26-1

Bu xəbəri paylaşın: