25 yanvar 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin təşkilatçılığı ilə yerli veteranlarla görüş keçirilib. Tədbirdə iştirak edən bir qrup Vətən müharibəsi iştirakçısı sosial problemləri barədə fikirlərini bildirib, eyni zamanda müvafiq məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
Görüş zamanı veteranlara onların statusunu təsdiqləyən vəsiqələr təqdim edilib. Tədbirdə çıxış edən İctimai Birliyin sədri Bəylər Həlimli veteranların cəmiyyətin hörmətə layiq üzvləri olduğunu vurğulayıb, onların sosial rifahının yaxşılaşdırılması və qarşılaşdıqları problemlərin həlli istiqamətində birliyin fəaliyyətinin davamlı olaraq həyata keçiriləcəyini bildirib.
Görüş yüksək səviyyədə təşkil edilib və iştirakçılar tərəfindən müsbət qiymətləndirilib. Bu cür tədbirlərin gələcəkdə də təşkil olunacağı və veteranların maraqlarının daim diqqətdə saxlanılacağı qeyd olunub.
AVMVİB-in Mətbuat xidməti






