YAP-ın Seçki Qərargahı yaradıldı

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb

Bu barədə qərar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.

Qərargah 21 nəfərdən ibarət tərkibdə yaradılıb.

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası bu gün İlham Əliyevi yenidən prezidentliyə namizəd irəli sürüb.

Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.

Bu xəbəri paylaşın: