İSA MEHDİOĞLU
Ön söz
İlki bilinməyən, sonu görünməyən tarixin boranlı-qarlı, daşlı-kəsəkli səhnəsində Azərbaycan türkləri bir çox haqsızlıqlarla üzləşmişlər. Onlardan biri də dilmizə qarşı edilən haqsızlıqlardır. Yeni yaradılmış gənc Azərbaycan Xalq Cümhuriyyətinə 1920 ildə Rus imperiyasının basqısından (işğalından) sonra, Azərbaycan Cümhuriyyəti Rus imperiyasının birləşimnə (tərkibinə) qatıldı. Qafqaz türklərilə, Anadolu türklərinin birliyini pozmaq istəyi ilə 1923-cü ildə Lenin Qafqaz türklərinin dillərində dəyşiriklərin aparılması haqqında göstriş vermişdi.
Azərbaycan türklərinin dilində geniş işlənən azərbaycan sözləri, ərəb-fars sözlərilə dəyşdirildi. Sonralar bu siyasəti Stalin yaşatdı. Dilçilərmiz dilimizi ərəb, fars sözlərilə elə doldurdular ki, tamam yeni azərbaycan dili yarandı. Beləliklə də ədəbiyata gələn ərəb fars sözləri (xüsusilə fars sözləri) danışıq dilimizdə olan doğma sözlərimizi, dilmizdən çıxardaraq yavaş-yavaş el danışığından da çıxardıb unutdurdu. Yerinə ərəb-fars sözləri işləndi. Bu gerçəkdir, həmin oyunun canlı tanıkıyam (şahidiyəm.) Doğrudur elə bir dil olmaz ki, onda gəlmə-yad sözlər olmasın, bu toplumun (cəmiyyətin) gəlişmə (inkişaf) qanunudur. Amma bu gəlmə sözlər o dönəmlərdə olur ki, ona ehtiyac yaranır, hər hansı bir yeni texnoloqiya və ya yeni siyasətlə istər-istəməz o zöz, danışığa girir. Belə halda söz ehtiyatı daha da bollanır (zənginləşir). Eyni zamanda toplumun gəlişməsi ilə topluma lazım olmayan, işlənməyən sözlər yavaş-yavaş unudulur, danışıqdan çıxarılar. Bu da doğanın (Təbiətin) qanunudur, belə də olmalıdır. Ama min illərlə işlətdiyin sözlərə ehdiyac olduğu halda onu atıb, yerinə həmin anlamda olan yad sözləri danışığa gətirmək dədələrmizin irahını (ruhunu) incitməkdir, onların irahlarına söyüncdür.

25 ildən artıqdır bağımsızlığımızı (müstəqilliyimizi) əldə etməyimizə baxmayaraq, dilçilərimiz hələ də Rus siyasətini yaşadırlar. Fars siyasətinin dəyirmanına su tökürlər. Elə il olmur ki, yeni-yeni yad sözlər danışığmıza, dilmizə gəlməsin. Bu gün ərəb-Fars sözləri irahmıza (ruhumuza) elə hopubdur ki, yad söz olduğuna heç cür inana bilmirik. Ama Kəsrəviçilər siz mənim dilimdə danışırsınız deyəndə cavab tapa bilmirik deyə, susmağa üstynlük veririk. Son zamanlar Avropa dilləri də üstəlik gətirilir. Dəyərli oxucular bu gün unudulmaqda olan, sizə tanış olmayan Azərbaycan sözlərini oxuduqda onlara xor baxmayın, qulağınız alışdıqdan sonra sizə xoş gələcəkdir. Çünkü onlar sizə doğmadır. Dədələrinizin sözləridir. Bu kitabçada mənim yadımda qalan doğma sözlərmizi yeri gəldikcə yazıya salmışam. Unudulmuş sözmüzü anlamadıqda çaşmayasınız deyə, işlətdiyimiz yad (əcnəbi) sözləri mötərzə içərisində vermişəm.Unutmayın ki, doğma dilin itməsi ulusun (millətin) itməsi deməkdir. Özümüzə qayıtmağın vaxtı çoxdan gəlibdir, ama biz hələ də özgələrin ətəyindən tutmağı unuda bilmirik. Yaxın aydınlarım məni danlayırlar ki, ərəb-fars sözləri olmayanda sözbitiyi (cümlə) sadələşir. Onu bildirim ki, türk dilli xalqlar arasında Azərbaycan dili ən varlı dildir. Təki yeri-yerində işlədə bilək. Sonu da mən razıyam sözbitiyim (cümləm) sadə olsun, ama öz sözlərim olsun.
*****************
Rusvayçı (bədnam) ermənilərin utanmazlıqlarından irahlanan (ruhlanan) gürcülər 1989-90-ci illərdə “Gürcüstan gürcülər üçündür”şuarı altında Türk (Azərbaycanlı) kəndlərinə dövlət düzeyində (səviyyəsində) gürcülərin basqınları oldu. Hətda xeyli adamlarımızı da öldürdülər. Gürcü millətçiləri bizə A.M.E.A-sının ensiklopediyasından çıxardılan yazını göstərərək,” Budur siz XVII- əsrdə kütləvi surətdə bizim torpağa gəlibsiniz . Nə ki, yaşadınız bəsdir. İndi öz yurdunuza qayıdın” deyirdilər. Həmin vərəqdən götürüb A.M.E.A.-nın Tarix İnstutuna gəldim. İnstitutun direktoruna olayları danışdım. Ensiklopediyanı gətirdik. Doğrudan da Borçalı başlığı altında yazılmışdı “ Borçalıya Azərbaycanlılar XVII-ci əsrdə kütləvi surətdə köçürülmüşlər”. Gördük Gürcülər düz deyirmişlər. Borçalı türklərinin belinə daşı qoyan elə bizim tarixçi Akademiklərimiz olmuşlar. Mən öz narazılığımı bildirdim. Direktor dedi ki, gürcülərlə danışarıq, yazışarıq bəlkə XII-əsr elətdirdik. Mən yenə razılaşmadım ki, biz eradan öncədən o yurdların yerli xalqıyıq. Borçalının hər yeri bizim dədələrmizin qədim anıtları (abidələri) ilə doludur. Siz gürcülərlə birlikdə ekspedisiya yaradın. Bilim tutamaları (Elmi dəlillər) ilə bizim yerli ya gəlmə olmağımızı onlara da bizə də düzünü bildirin. O zaman biz də başımıza bir çarə taparıq dedim. Bu dönəmdə İnstitutun başqa bir bilim işcisi, “ XII -əsrdən öncə Borçalıda türklər olmayıblar, yaşamamışlar”dedi. Sizin yerlərdəki anıtların türklərlə heç bir ilişgisi yoxdur” dedi. Bunların bu sözləri məni çox ağrıtdı və düşündüm ki, bunlar bu sözlərilə bizə, oralar sizin deyil, çıxın deyirlər siz də çıxın demək istəyirlər.



Üzümü onlara tutub, “axı mən uşaqlığımda babalarmızın dediklərini eşitmişəm. Onlar deyirdilər ki, keçmişdə buralar ulu dədəmiz Oğuz Xanın (Zülqədərin) yurdu torpağı olubdur. Elə onun vaxtından da biz orada yaşayırıq. O haqda bizim dastanımız da var. Oğuz xanın gömütnün (qəbrinin) də Borçalıda olduğunu deyirlər”. Tarixçi araşdırıcı Ağasoğlu Pompeyin Borçalıda olduöunu, Borçalıda türklərin yaşadığını deyir dedim. Gördüm sözüm Akademiklərə lağlağı gəldi. Üzülmüş halda çıxdım.O gündən alimlərin dediklərilə razılaşan zaman,”Oğuz xan” dastanı gözüm önünə gəlir və məni razılaşmağa qoymur. Eyni dönəmdə də Gürcülərin kilsələrdəki xacları dəyişmələrinin şahidi olmuşam. Aşkar edilən ulu gömütlərdəki (qəbrlərdəki) skeletlərin büküşlü halda yatdıqlarını görmüşəm. O gündən də Borçalı türklərinin keçmişi ilə maraqlanmağa başladım.Gürcüstan respublikasının Borçalı bölgəsində 100-dən çox tarixi anıt (abidə) var. Azı 5 hektarlıq alanı (sahəni) tutan şəhər xarabalıqları var. Saysız-hesabsız qoç heykəlli gömüt (qəbir) daşlarını və qolu bir-birinə çarpazlaşmış sinə daşlarını görmüşəm. Gürcü yazısı olmayan İki çeşitli yazı kitabələri var. Bu gün də Qaramanlı, Bolus, Kapanaklı, Sakındur (Sakadur) şəhərlərinin kalafalıqları, Oğuz gömütlükləri (qəbristanlıqları) hələ də adlarını qoruyub saxlayırlar. Bütün Borçalı torpağında olan toponimlərin hamısı qədim türk adlıdır. Bu qədər canlı şahidlərin olması məni həmişə üzmüş və düşündürmüşdür.
1992 ildə Fars tarixcisi S. Bəlağinin “Quran qissələri” əsərini oxudum. Əsəri oxuyanda uşaqlığımda babamdan eşitdiyim Oğuz dastanı yadıma düşdü. Cünkü Bəlaği dastanda olan olayları olduğu kimi əsərində bir daha təkrarlayaraq, Qurandakı Zülqərneynin Fars şahı Kureş olduğunu deyir. Qurandakı ayələri Küreşin yürüşlərilə ilişgiləndirir. İranda tapılan yiyəsi bilinməyən buynyzlu heykəli Kureşin adına yazır. Kureşin Zülqərneyn olmasını elə ustalıqla təstiqləyir ki, inanmamaq olmur.Uşaqlığımda eşitdiyim Oğuz-Zülqədər dastanı bütün səhnələri ilə gözüm önündə canlandı. Dastanda deyilən, Oğuz xan gedən ölkələrdə bu gün fars dilli xalqın yox, türk dilli xalqın olmasını, Oğuzun getdiyi yerlərə türk adlarının verilməsini gözüm önünə gətirəndə, Kureşin Zülqərneyn olmasına məndə kuşku (şübhə) yarandı. Özüm-özümə Qurandakı Zülqərneyn Kureş yox Oğuz xaqandır dedim.
Tarixçi F. Ağasoğlunun “Qədim Türk eli” və T.Azərtürkün “Mixi yazılı azəri türk dilinin qrqmmatikası” kitablarını oxudum. Bu kitablar mənim Borçalı ilə marağımı daha da artırdı, məni ürəkləndirdi, bu yolda çalışmaq üçün mənə ipucu verdi. Ağasoğlu yazır: Qədim Saka türkləri E.Ö. 8-ci minilliklərdə Araz çayı ətrafından qalxıb, Qafqazdan keçməklə Azov dənizi ətrafında yurd salmışlar. Azov ətrafında çoxalandan sonra da, geri köhnə yurtlarına qayıtmışlar. T. Azərtürkdə Sümerlərin türk olduqlarını, Önasya türkləri sümerlərin qalıqları olduğunu yazır. Azərtürk kitabında 400-ə qədər Sümer sözlərini göstərir. O sözləri özəlliklə (diqqətlə) oxuyanda gördüm ki, sözlərin 80%- bu gün Borçalının Kəpənəkçi kəndində işlək haldadır. Qədim Sümerlərin dillərinin Borçalı kəndlərində belə geniş yayılaraq, bu günə qədər gəlməsi, məndə inam yaratdı ki, Araz-Azov arasında gediş- gəliş yolu olan Borçalıda qalan Sakalar,kapanaklar ən azı 6-7 min ildir ki, Borçalı xalqının ulu dədələridir deyim. Çox yazıqlar olsun ki, bizim bilim adamları, dillərdə olan bu qədər yaxınlığı görmürlər. Hər halda Sakaların Azov ətrafına- Krıma gediş-gəliş yollarının üstündə olan Borçalılarla, xüsusilə Kəpənəkçilərlə, Sümerlər-Sakalar-kapanaklar arasında keçmiş dönəmlərdə (zamanlarda) hər-hansı bir yaxınlığın olması danılmazdır. Alimlərmizin bu yaxınlığı, uyğarlığı yoxlamalarına ehdiyac var. Ama nə Türkiyə, nə Azərbaycan alimləri bu 100 illiyin dönəmində bir kərə də olsun Borçalı türklərinin yazğıları (taleləri) haqqında maraqlanmamışlar. Bu yiyəsizlik bu gün də yaşamadadır. Hələ tarixdə bir kərə də olsun, Gürcüstan-Azərbaycan-Türkiyə arxeoloqlarının birliyində arxeoloji ekspdisiya yaradılıb Borçalı xalqının doğru, düzgün dəyəri verilməmişdir. Türk kökənli aydınlarımız unutmasınlar ki, Borçalıya ögöy baxmaq gələcəkdə Borçalının yoxluğu deməkdir. Borçalını itirməklə türk dünyasının ən gözəl bucağını itirirlər.Ardı var…



