32 il əvvəl Xocalıda 3 övladını itirdiyi yerə getdi

Xocalı sakini Sədaqət adlı qadın 32 il sonra oradakı evinə gedib.

Fedai.az xəbər verir ki, qadın İTV-yə müsahibə verib. O, 32 il əvvəl Xocalıdan qaçarkən 3 övladını orada itirdiyini bildirib:

«Bizi götürdülər apardılar kəndin girəcəyindəki evə. Ayaqqabımın biri itmişdi, ayağım donmuşdu. Vanna gətirdilər, isti suya qoydular ki,donu açılsın. Bizi gecə ilə apardılar Ağdama hospitala. Ağladım ki, getməyim, uşaqlarım qalıb. Orada necə iynə vurub yatızdırıblar, gözümü xəstəxanada açdım. Bir bacım, üç balası və mənim üç övladım Xocalıda qaldı. Bir ağacın dibində ac-susuz qaldılar».

Sədaqət 32 il əvvəl övladlarını itirdiyi həmin yerə gül ləçəkləri səpib. 

Bu xəbəri paylaşın: