Paşinyanın Annasına müharibə veteranı qadınlardan cavab gəldi

Xəbər verildiyi kimi Nikol Paşinyanın həyat yoldaşı, ölkəmizdə sülh qarğası kimi tanınan Anna Akopyan öz rəsmi insatagram hesabında ingilis, rus və erməni dilində Azərbaycan qadınları və analarına öz Instagram səhifəsi vasitəsilə müraciət edərək, hərbi əməliyyatları dayandırmağa çağırıb.

«Dünəndən bəri Erməni-Azərbaycan sərhədində vəziyyət gərginləşib. Rəsmi məlumata görə, Azərbaycan tərəfdən bir neçə saat ərzində dörd əsgər həlak olub. «Qadınlar sülh uğrunda» təşkilatının müəllifi kimi Azərbaycan qadınları və analarını öz ölkələrinin hərbi -siyasi hakimiyyətinə müraciət edərək, hərbi hərəkətləri dayandırmağa, erməni və Azərbaycan xalqının oğullarının həyatını təhlükə altına salmamağa çağırmalarına çağırıram., — deyə Akopyan bildirib. O, qeyd edib ki, xüsusilə bütün dünyanı diz üstünə qoymuş pandemiya günlərində, bütün dövlətlərin rəhbərləri öz gücünü xalqlarının sağlamlığının müdafiəsinə yönəltməlidir. «BMT baş katibinin Ümumdünya barışıq elan etmək barədə çağırışına riayət etmək dövlət başçılarının öz ölkə və xalqları üçün edə biləcəyi ən yaxşı çağırışdır», — deyə Ermənistanın birinci xanımı əlavə edib.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas Nikolun Annasının bu paylaşımını hiddətlə qarşıladıqlarını deyib. Bildirib ki, MVQSYİB üzvü olan və ümumilikdə bütün müharibə veteranı qadınlar, eləcə də Azərbaycanda olan şəhid anaları da qadın adına ləkə olan Anna Akopyana cavab verib onun səviyyəsinə enmək fikrində deyilik. Lakin sadəcə olaraq ona demək istədiyimiz budur ki, erməni qadınlarının hər biri sənin qədər həyasız və təbiyyəsiz olduğuna əminik.

Çünki Azərbaycan qadınları illərdir ki, erməni qadınlarına Azərbaycan ərazilərinin işğlına son qoymanız barədə müraciətlər etmişik. Bizim övladlarımızı şəhid etdirməyin. Sizi ana bildik, sizi qadın bilib, müraciət etdik. Təəsüflər olsun ki, bizim müraciətlərimizə əhəmiyyət vermədiniz.
Sən — səviyyəsiz jurnalist Anna Akopyan istədiyin zaman Azərbaycan sərhədlərini pozub Azərbaycanda qeyri-qanuni hərbi xidmət keçən Ermənistan vətəndaşlarının yanında rəsmlər çəkidirib, paylaşmaqla bizim şəhid analrının qəlbinə dağ çəkəndə, Azərbaycan əsgərinin qüruru ilə oyanayanda da sənin jurnalist qırığı həyat yoldaşın özünü Baş Nazir elan edən, o siyasi meyid vaxtaşırı istədiyinz zaman CƏNNƏT QARABAĞIMIZA gəlib özünzü qalib ölkənin vətəndaşları kimi göstərəndə, şəxsən mən, müharibə veteranı olan Radə Abbas, dəfələrlə sənə televiziyadan və digər mətbuat vasitəsi ilə gənclərimizin qanı ilə oynamamağı tövsiyyə etmişəm.

Sən isə bu müraciətlərə əhəmiyyət vermədən, Qarabağı Ermənistanın bir parçası kimi qymətləndirdin. Bu gündə Gəncənin Azərbaycandan qoparılması iddiasi ilə Rusiyanin təlimatina əsasən döyüşə girdiniz, Azərbaycana yenədə hücum etdiniz. Rusiaynin təlimatina əsasən atəşin dayandırılması üçün müraciət edib erməniləri dünyaya humanist, sülhsevər xalq kimi göstərməkmi istəyirsən?


Məgər bilmirdinmi anaların səbri daşacaq. Saxtakar qadın, məgər sən erməni oğullarının qayğısınamı qalırsan?

ƏSLA!!! Sən və sənin geri zəkalı ərin, erməni əhalisi qarşısında özünüzə nüfuz düzəltməklə məşğulsunuz. Mən bu yazını çox əsəbu halda yazıram. Sənin özünü qalib ölkənin vətəndaşı, hətta birinci xanım kimi apartmağın qadın adına bir ləkədir. Erməni olaraq, siz öz yerinizi heç vaxt bilmədiniz. Hamının əlində alət oldunuz. Dünynın ən qəddar, terrorçu, qatil, işğalçı xaqı kimi tarix sizi lənətləyəcək, bunu unutmayın!

Düşünürəm ki, imperialistlərin təlimatlarını həyata keçirdiyin üçün sənə mükafat da veriləcək. Kim Kardaşyan da belə mükafatları ilə dünyaya məşhur olub. Siz hamınız qadın adına ləkəsiniz!


30 illik silahlı hücumlarınzdan Azərbaycan xalqı təngə gəlib. Ermənistan Qafqazın üz qarasıdır. Ermənistan Qafqazda yaşayan qonşu Gürcüstanın da inkişafına və müstəqilliyinə qarşı bir təhdiddir. Ermənistanın Qafqazdan silinməsi, bütün Qafqaz xalqları üçün xöşbəxtlik, rahat həyat, inkişaf, dostluq, əminamanlıq və SÜLH hədiyyə edəcəkdir. Sənə tam cavab verdiyimi sanmıram. Sadəcə bəzi şeyləri bilməni istədim…

Bu xəbəri paylaşın: