1) 31 Mart hadisələri və günahsız qurbanlar
1918-ci ilin mart-aprelində Bakı, Quba, Şamaxı, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür.
2) Məhv edilən kəndlər
Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub.
3) “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün elan edilməsi
Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
4) Şaumyanın öz dilindən
St. Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir demişdir. Şaumyan yazırdı:
Bizim siyasətimiz – vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdi.
5) Şamaxıda kütləvi soyqırım
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxıdakl soyqırım qurbanlarından 2560-ı qadın və 1277-i uşaq idi. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
6) Mart soqırımı Qubada
Stepan Şaumyanın rəhbərlik etdikləri erməni-bolşevik qüvvələri 1918-ci ilin ilk 5 ayı ərzində Qubada üst-üstə 16 mindən çox insanı qətlə yetirdilər. Qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülüb. Daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıdmışdır ki, bunlardan 35-i hazırda da mövcud deyil.Təpədən-dırnağa kimi silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən yerli əhali həmin dövrdə işğalçıların 5 mindən çox əsgərini tələf etmişdir.
7) Bakıda məhv edilən edilən binalar və dini-tarixi abidələr
Mart hadisələri zamanı Bakıda müsəlman ziyarətgahları yandırılmış, şəhər əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
8) Pusquya düşən günahsızlar
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
9) 31 Mart hadisələri alman vətəndaşının gözündə
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.”
10) N. Nərimanovun Mart hadisələri haqqında dedikləri
Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadın meyiti tapılmışdı. N. Nərimanov bu barədə yazırdı: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara qarşı hər cür cinayət etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canını qurtara bilmədi”.
11) Bir erməninin dilindən Mart hadisələri
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
12) Mart soyqırımının tanınması
ABŞ-ın Nyu-York ştatının Senatı və Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart – Azərbaycanlıların soyqırımını tanıyan qətnamələr qəbul edib.
13) “Quba Soyqırımı Memorial Kompleksi”
2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir.
Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.