Sağlam bədəndə sağlam ruh olar

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi “Sağlam bədəndə sağlam ruh olar” adlı iş planı davam edir. Bankə qəsəbəsindəki Bokus üzrə idman ustası Şəmsiyev Mürşüd Ağasəf oğlu, Təşkilatın Bankə üzrə özəy sədri Abbasov Arif Mehi oğluna müraciət edərək, gənclərin idmana marağını artırmaq məqsədi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsinin təşkil etdiyi “Salam olsun şəhidlər” adlı S.Vurğun adına Bankə 2 saylı maktəbin voleybol meydançasında keçirilən idmn turnirini bəyəndiyini və bu təşəbbüsə görə təşkilata öz təşəkkürnü bildirmişdir. Bu çür idman yarışlarının davamlı olmasını arzulayan idman ustası daha nələr etmək olar deyərək, Arif Mehi oğlundan bu barədə köməklik istəmişdir.

Təşkilatın iclaslarının birində Arif Mehi oğlu bu barədə təşkilata müraciət edərək Bankə qəsəbəsində Turnik (idman aləti) quraşdırılıması və gənclərin pis vərdişlərdən əl çəkərək idmana meyl salmasını təklif etdi. Təklif təşkilat tərəfindən bəyənildi. Təşkilat üzvülərinin köməkliyi ilə Bankə qəsəbə Şəhidlər parkının idman meydançasında Turnik (idman aləti) Bankə gənclərinə təhvil verildi. Turnik (idman aləti) – nin quraşdırılmasında əməyi kecən AVMVİB — nin təşkilat üzvü, Bankə qəsəbə sakini Qarabağ veteranı qaynaqçı Ağamalıyev Murad Nuru oğluna, Bankə özəy sədri Arif Mehi oğluna AVMVİB Neftçala şöbəsi adından təşəkkür edirik.

AVMVİB-in Neftçala rayon şöbə sədri
Mübariz Eldar oğlu

Whats-App-Image-2024-08-31-at-01-29-18

Whats-App-Image-2024-08-31-at-01-29-18-1

Whats-App-Image-2024-08-31-at-01-29-18-2

Whats-App-Image-2024-08-31-at-01-29-20-1

Bu xəbəri paylaşın: