Bu gün ölkəmizdə növbədənkənar parlament seçikəridir

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

“Fedai.az” xəbər verir ki, seçkilərdə 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək.

Səsvermə saat 08:00-da başlayıb 19:00-da yekunlaşacaq.

125 deputat mandatı uğrunda ümumilikdə 990 namizəd mübarizə aparır.

Həmçinin Milli Məclisə seçkilər Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçiriləcək.

Bu xəbəri paylaşın: