“Azərbaycan Dəmir Yolları” QSC dəmiryol stansiya və vağzallarına şəxsi avtomobillə gələn sərnişinlərə müraciət edib.
ADY-dən “Fedai.az”a verilən məlumata görə, müraciətdə deyilir:
“Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır. Şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir”.
Bildirilib ki, hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb.