Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkiləri əlaqədar «Veteran.az» saytına açılqlamasında prosesin şəffaf keçdiyini, Azərbaycan xalqının seçkilərdə aktiv iştirak etdiyini vurğulayaraq bildirmişdir:
«Bu gün Azərbaycanın inkişafını istəməyən, onun suverenliyini bərpa etməsini, işğal edilmiş torpaqlarını azad etməsini həzm etməyən xarici qüvvələr hər vəchlə ölkəmizi gözdən salmağa cəhd etsələr də, vətəndaşlarımız bu seçkilərdə sübut etdi ki, burada həlledici rolu xalqın iradəsi təşkil edir».
AVMVİB sədri eyni zamanda parlament seçkilərində qalib gələn millət vəkillərimizi təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır:
«Hər bir millət vəkilini təbrik edirəm. Mən əminəm ki, xalqın etimadı əsasında seçilmiş, bu şərəfli və məsuliyyətli işdə xalqı təmsil etmiş bütün millət vəkilləri həm də müharibə veteranlarının və qazilərin problemlərinin həll edilməsi istiqamətində Milli Məclisin ali kürsüsündə bizim ucalan səsimiz olacaqdır. Vətənə və millətimizə xeyirli olsun!».
AVMVİB Mətbuat xidməti