Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və dəstəyi ilə Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin dəfnində iştirak etmək üçün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi də Xocalı şəhərində olmuşdur.
Xocalıda şəhidlərin dəfn mərasimində dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, o cümlədən bir sıra QHT rəhbərləri də iştirak edib.
Xocalıda yeni salınan Şəhidlər xiyabanındakı dəfn mərasimində iştirak edən AVMVİB sədri Füzuli Rzaquliyev Allahdan bütün şəhidlərimizə rəhmət diləmişdir:
«İtkin şəhidlərimizin tapılıb layiq olduqları kimi dəfn edilməsi onların ruhlarını həm də ona görə şad etmişdir ki, ailələri artıq nisgilli qalmamışdır. Bu da ordumuzun, dövlətimizin, xalqımızın, Ali Baş Komandanımız İlham Əliyev cənablarının qazandığı qələbənin nəticəsidir. Gələcək nəsillərimiz erməni faşizmini və Xocalı soyqırımını heç vaxt unutmayacaq. Biz döyüşçülərin bir deyimi var: ən yaxşı erməni ölü ermənidir. Tarix bizə öyrətdi ki, rusun sözünə, erməninin sədaqətinə, farsın ibadətinə heç vaxt inanmaq olmaz» — deyə Füzuli Rzaquliyev bildirmişdir.
AVMVİB Mətbuat xidməti