AVMVİB Gənclər təşkilatı müraciətlərə həssas yanaşır

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gənclər təşkilatının qərərgahında 28.08.2024 -cü il tarixində növbəti dəfə müraciət edən I Qarabağ müharibəsi iştirakçısı İsmayılov Yalçının qəbulu həyata keçirilmişdir. Qəbul zamanı qaldırılan müxtəlif humanitar, sosial, məsələlərin bir qismi yerindəcə həll olunmuş, eləcə də digər müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə qurumlara sorğular hazırlanmışdır. Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülməklə geniş şəkildə təhlil edilmiş, vətəndaşlara mövcud qanunvericiliyin tələbləri tam, hərtərəfli izah edilmişdir. AVMVİB Gənclər təşkilatına daxil olan bütün növ vətəndaş müraciətlərinə ölkə başçısının tapşırığına uyğun olaraq yüksək həssaslıqla yanaşılır, həlli istiqamətində bütün növ addımlar atılır.

AVMVİB Gənclər təşkilatı

Bu xəbəri paylaşın: