Uzun illərdir, idmanın şahı sayılan futbol dünyanın ən sevilən idman növüdür.Yaşlı-uşaq, qadın fərq etmədən hər kəsin diqqətini və marağını özünə cəzb etməyi bacaran futbol oyunu, tarixi boyunca bir çox maraqlı hadisəyə şahidlik etmişdir. Kayzen.az olaraq, futbol haqqında bir-birindən maraqlı 20 faktı sizlər üçün araşdırıb bir araya topladıq.
- Müasir futbol İngiltərədə başlasa da, oyunun primitiv versiyaları ilk dəfə 2200 il əvvəl Çində oynanılıb. Orta əsr futbolunda rəqibi təpikləmək, yumruqlamaq və hətta dişləməyə icazə verilirdi.
- Futbol hakimləri illərlə dəsmal yelləyərək oyunu idarə edirdilər. Fit ilk dəfə 1878-ci ildə istifadə edilmişdir.
- 1882-ci ilə qədər qapıların üst dirəyi yox idi. Top iki dirək arasından keçəndə nə qədər hündürlükdən keçsə də, qol hesab olunur.
- Qırmızı və sarı vərəqələrin tarixi əslində kifayət qədər yenidir. 1970-ci illərə qədər hakimlər oyunçunu oyundan kənarlaşdırdıqda, qərarlarını yalnız şifahi olaraq həmin oyunçuya çatdırırdılar.
1966-cı il Dünya Çempionatının İngiltərə — Argentina 1/4 final matçında hakimin kimin meydandan qovduğuna dair qeyri-müəyyənlik var idi və hakim oyunun sonuna qədər qərarını dəqiqləşdirməmişdi. Bunun üzərinə britaniyalı referi Ken Aston nəqliyyatda ‘sarı işıq’ (xəbərdarlıq) və ‘qırmızı işıq’ (dayan)dan ilhamlanaraq, hakimin qərarını hər kəsə dərhal göstərə biləcəyi bir kart tətbiqi ideyasını təklif etdi. Bu ideya ilk dəfə 1970-ci il dünya çempionatında qəbul edildi və həyata keçirildi. Lakin maraqlıdır ki, həmin turnirdə heç kim qırmızı vərəqə almadı. 1974-cü il dünya çempionatında qırmızı vərəqə alan çilili Karlos Kaszeli futbol tarixində qırmızı vərəqə alan ilk futbolçu oldu. - Futbol topunun adını eşidəndə ağlımıza gələn ilk top olan qara beşbucaqlı və ağ altıbucaqlılardan ibarət dizayn, NASA-nın 1962-ci ildə orbitə çıxardığı Telstar rabitə peykinə bənzəyəcək şəkildə hazırlanmışdır.
- Marakana Stadionunda Uruqvay və Braziliya arasında oynanılan 1950 Dünya Kuboku Finalı 199 min 854 tamaşaçı canlı oyunu izləmişdir. ilə bütün zamanların azarkeş rekordunu saxlamağa davam edir.
- Dünya çempionatı tarixində turnirə vəsiqə qazanan ən kiçik ölkə DÇ-2018-də iştirak edən İslandiyadır.
- Dünya Kuboku təxminən 5,9 kiloqram ağırlığında 18 karat qızıldan ibarətdir.
- Paraqvay liqa komandaları Sportivo Ameliano və General Caballero arasında oynanılan oyunda hakim 20 futbolçuya qırmızı vərəqə göstərmişdir. 1 iyun 1993-cü baş verən bu bənzərsiz futbol hadisəsi bir oyunda ən çox qırmızı vərəqə alaraq Ginnesin Rekordlar Kitabına düşməyi bacarmışdır.
- 1998-ci ildə britaniyalı hakim Martin Silvester futbolçunu yumruqla vurduğu üçün özünə qırmızı vərəqə göstərib.
- 1978-ci ildə tanzaniyalı bir hakim matçdan bir az əvvəl soyunub-geyinmə otağında marixuana çəkdiyi üçün matç hələ də davam edərkən polis tərəfindən həbs olunmuşdur.
- 2002-ci ildə Madaqaskarın Stade Olympique L’Emryne komandası çempion AS Ademaya qarşı oyunda öz qapısına 149 qol vurdu. Bu maraqlı hadisədə əsas məqsəd, hakimin əvvəlki matçda verdiyi qərarlara etiraz etmək idi.
- Qadınlar arasında Dünya Futbol Kuboku ilk dəfə 1991-ci ildə Çində keçirilib və ABŞ çempion olub.
- Hindistan komandası 1950-ci il Dünya Kubokunda iştirakdan imtina etmişdir. Buna səbəb isə oyunçularının ayaqyalın oynamasına icazə verilməməsi idi.
- Arsenal futbol komandasının adı The Arsenal idi. Lakin klubların əlifba siyahısında birinci olmaq üçün klubun adı dəyişdirilərək «Arsenal» edilmişdir.
- 1998-ci ildə 2-ci İngiltərə liqa komandası Jiul Petrosanidə çıxış edən rumıniyalı yarımmüdafiəçi İon Radu 500 kilo ət qarşılığında Valça komandasına transfer olunmuşdur.
- Tarixin ən uzun futbol oyunu: Lincoln City-Coventry City.
Təxirə salınmış matçlarla bağlı ən maraqlı hadisələrdən biri 1962/1963 mövsümündə İngiltərədə baş verib. 5 yanvar 1963-cü ildə başlayan Linkoln Siti — Koventri Siti matçı güclü qar yağdığı üçün hakim tərəfindən təxirə salınmışdı. Daha sonra 15 dəfə başlayan və sonrakı günlərdə təkrar-təkrar təxirə salınan matçın qalan hissəsi startdan düz 66 gün sonra, martın 6-da oynanıldı. Koventri Sitinin 6-1 hesablı qələbə qazandığı bu oyun, futbol tarixində. ən uzun matç hesab olunur. - Ashley Ward 1998-ci ilin noyabrında «Sanderlend»lə oyunda cəmi 5 dəqiqə ərzində qol vurdu, penaltini buraxdı və qırmızı vərəqə aldı.
- 1986-cı ildə Finlandiyanın əfsanəvi futbolçusu Pentti bir matçda 5 avtoqol müəllifi olmuşdur.
- Liberiya millisi 1996-cı il Afrika Kubokuna az qala, vəsiqə qazana bilməyəcəkdi, çünki milli komanda oyunçularının formalarını və yol xərclərini ödəyə bilmirdi. Məşhur liberiyalı futbolçu Corc Vea bütün forma və yol xərclərini öz cibindən ödəyərək Liberiya komandasını turnirə aparmışdır.