Axmaqlıq haqqında

 Ən axmaq insan özünü hamıdan ağıllı biləndir (Hz.Əli ə.s.)
— Axmaq həmişə öndə dayanır ki,hamı onu görə bilsin,ağıllı isə həmişə arxada dayanır ki,hamını görə bilsin (Silva Karmen:Alman yazıçısı)
— Hətta dahiliyin də sərhədləri var,axmaqlıq isə heç bir sərhəd tanımır (Aleksandr Düma:Fransız yazıçısı)
— Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir (Klod Adrian Helvetsi:Fransız filosofu)

— Öz axmaqlığını görmürsənsə-axmaqsan,görürsənsə-ağıllısan, görüb qarşısını alırsansa-dahisən (Mari Fransua Arue Volter:Fransız filosofu və yazıçısı)
— Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində , axmaqdır (Alman atalar sözü)
— Axtardığını bilməyən axmaq-tapdığını anlaya bilməz (KloD Bernard:Fransız həkimi)
— Danışıb axmaqlığınızı ortaya qoymaqdansa,danışmayın. Heç olmasa insanların şübhələri aradan qalxsın (Avraam Linkoln:ABŞ-ın 16-cı prezidenti)

— Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır (Jan Batist Molyer:Fransız dramaturqu)
— Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır (Sokrat:Qədim Yunan filosofu)

Bu xəbəri paylaşın: