Tovuzun Dondar Quşçu kəndində olan Milli Məclisin deputatı Qənirə Paşayeva qolundan xəsarət alıb.
Bu barədə Q.Paşayeva özü məlumat verib:
“Ermənilər dinc insanları atəşə tuturlar. Kənddəydik, atdılar, başımızın üstündən keçdi. Elə bildim, uşaqlara dəydi, arxaya çevriləndə qolum da altımda qaldı. Belə bir pis düşmənlə üz-üzəyik. Koxa Nəbi kəndində evimizi vurublar. Bizim igid oğlanlarımız düşməni vurmaq üçün canlarını fəda edirlər. Onların qarşısında baş əyirik”.
Bu xəbəri paylaşın:
