Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanovun doğum günüdür. Onun 56 yaşı tamam olur.
Vahid Abdurəhmanov qəlbi Vətən torpaqlarının azadlığı üçün döyünən silahdaşlarımızdandır. 44 günlük Vətən müharibəsi dövründə AVMVİB Orduya Dəstək Qərargahının tərkibində çalışaraq AVMVİB rayon şöbələrinin cəbhəylə koordinasiyasının təşklinə köməklik göstərmişdir.
Vahid Abdurəhmanovun cəbhə sonrası həyatı əsasən AVMVİB — nin fəaliyyətiylə bağlı olub. İstər fərdi, istərsə də təşkilat daxili problemlərin həllində daim öndə olub.
AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, həm də birliyin inkişafında xidmətləri olan veteranlarımızdandır. Bir çox hərbi-vətənpərvərlik layihələrinin və veteran hüquqları ilə bağlı maarifləndirmə işlərinin həyata keçirilməsinin təşkil edib, yorulmadan AVMVİB-nin perespektiv inkişafı uğrunda çalışanlardandır.
Jurnalistlərin dostu
Təşkilatın mətbu orqanlarının yaranmasında maddi və mənəvi dəstək olmaqla yanaşı, həm də Vahid Abdurəhmanov ən fəal oxucumuzdur. Saytın materiallarını ilk oxuyan oxucumuz da, məhz Hacı Vahid olduğunu dəfələrlə yazmışıq. Daim jurnalistlərlə əlaqəli fəaliyyətə üstünlük verdiyini də hər kəs bilir.
Doğum günü münasibətiylə AVMVİB Rəhbərliyi, AVMVİB Mətbuat xidməti, AVMVİB üzvləri o cümlədən onun dostları və yaxınları Vahid Abdurəhmanovu təbrik edir, ona uzun ömür cansağlığı arzulayır.
Allahdan yaza biləcəyi qədər uzun ömür, verə biləcəyi qədər ruzi-bərəkət arzulayırıq!
AVMVİB Mətbuat xidməti