Bakıdakı mitinqdə Nəcməddin Sadıqovun istefası tələb olunur

Bakıda Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbi qulluqçularının xatirəsinə yürüş keçirilir. 

Hazırda minlərlə Bakı sakini Parlament prospektində, Milli Məclisin qarşısında toplaşıb. 

Vətəndaşlar “Şəhidlər Ölməz, Vətən Bölünməz” şüarları səsləndirirlər.

Ens.az xəbər verir ki, bir neçə saatdır vətəndaşların şəhərdə yürüşü davam edir və hazırda Milli Məclis qarşısında 10 mindən çox vətəndaş toplaşıb. Mitinqdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun istefası tələb olunur.

Baku TV-nin lentə aldığı görüntüləri təqdim edirik:

Bu xəbəri paylaşın: