Bizə yazırlar…

REDAKSİYADAN: Fedai.az və Veteran.az olaraq az qüvvə ilə şikayətçilərin problemlərini həll etməyə, onlara yardımçı olmağa çalışmışıq. Kimlərəsə gec cavab veririksə, bu sadəcə vaxt darlığı və işçi azlığı ilə bağlıdır. Biz daim sizlərin yanındayıq…

***

ƏƏSM NAZİRLİYİ MƏKTUB OXUMUR VƏ CAVAB VERMİR. Bu yeni iş üslubudur. Nazirini email poçtuna ünvanladıq. Şikayətçi yazır: «Mənimlə, keçmiş döyüşçü ilə, nə aidiyyatı qurumlar nə də Beyləqan İcra Hakimiyyəti maraqlanmır. Mənə hörmətiniz yoxdursa, keçdiyim döyüş yoluna hörmət edin. Dönə-dönə yalvarıram.

Təkrar -təkrar , DÖNƏ-DÖNƏ TƏKRAR MÜRACİƏTLƏR ETMƏYİMƏ BAXMAYARAQ ŞİKAYƏTİMƏ BUGÜNƏDƏK BAXILMIR. MƏN GÖRƏSƏN KİMİN NAMİNƏ DÖYÜŞMÜŞƏM?!

Uğrunda döyüşdüyüm vətəndə mənə köməklik olunmur, doğal haqqımı ala bilmirəm. Mənə yol göstərin!

Təkrar-təkrar müraciət etməyimə baxmayaraq aidiyyatı qurumlar haqlı şikayətimi ələ almırlar, keçmiş döyüşçünün problemini həll etmək istəmirlər.

Yazıb Sizə bildirirəm ki, Beyləqan rayon ƏƏSM-nin müdiri Mansur Tağıyevlə məni birlikdə qəbul etsəniz onun əvvəllər Məşğulluq xidmətinin rəisi olarkən fəaliyyətində yol verdiyi qüsurlardan və bu günkü fəaliyyətindəki neqativ hallardan mən vətəndaş sizə məlumat verə bilərəm.

Nəyə görə mənim QARABAĞ VETERANININ, KEÇMİŞ DÖYÜŞÇÜNÜN başına Mansur Tağıyev olmazın oyunlar açır?


Uğrunda döyüşdüyüm Vətənimin və Dövlətimin sonunda keçmiş döyüşçüyə mükafatı budurmu?

2019-cu ilin mart ayında pensiya yaşım tamam olmuşdur ki, Mansur Tağıyevin sehirbazlığı sahəsində 33 il iş stajım olmasına baxmayaraq bu gün pensiya ala bilmirəm.

Mən Qarabağ veteranıyam , keçmiş döyüşçüyəm, YAP-ın üzvüyəm, buna baxmayaraq mənə olunan hörmətsizlik sayəsində özümü vətən xaini statusunda görürəm.

Hörmətli Prezidentim,
Hörmətli Mehriban xanım!

Seçicisi olduğum Prezidentim İlham Heydər oğlu Əliyev cənabları Beyləqan rayonuna gələrkən Mansur Tağıyev kimilər mənə Prezidentimlə görüşməyə imkan vermədilər.

Yenə məmur özbaşınalığı, məmur hegemonluğu!

Xahiş edirəm möhtərəm Prezidentim və Mehriban xanım şəxsən məni qəbul etsinlər.

Hörmətlə, Mehtiyev Novruz Süleyman oğlu (051 524 42 51)
Beyləqan şəh., H.Hacıyev 62

***

Hər vaxtınız xeyr olsun. Mən təqaüdda olan Allahverdiyev Eldar İsgəndər oğlu Silahlı Qüvvələr və Qarabağ müharibə veteranı, 2-ci qrup əliləm. Mənim Sizə xahışım, təklifim odur ki . Mənim kimi xəstə veteranlar coxdur və bəzilərinin dərmanlara ehtiyacı var. Məsələ ondadır ki mən hərbi poliklinikada qeydiyyatdayam və hər ayda mənə xəstəliyə görə dərman verməlidirlər. Lakin hər dəfə poliklinikaya gələndə mənə əvəzedici dərmanları verirlər və onlar da effekt vermir. Elə vaxtlar olur ki, dərmanlar poliklinikada olmur və mən məcbur oluram ki, özüm şəhər apteklərdən alım. Nəinki mən o birisi veteranlar da belə halları yaşayırlar. Bununla mənim Sizə xahışım odur ki, biz xəstələrə hər ay dərman almaq ücün hansısa bir vəsait ayrılsın və yaxud bizi hansısa bir aptekə qeydiyyata salıb bizə lazım olan dərmanları versinlər.

Xahış edirəm bu qlobal məsələni yuxarı instansiyalarda qaldırasınız.

Allahverdiyev Eldar İsgəndər oğlu
Silahlı Qüvvələr və Qarabağ müharibə veteranı, 2-ci qrup əlil

Cavab: Bu barədə AVMVİB Qanun layihəsi hazırlayıb və aidiyyatı üzrə göndəriləcək. Sizin haqlı tələblərinixz də aidiyyatlı orqanlara göndəriləcək.

***

Salam. Mən Agayev Űlvi Məmmədli oglu, Respublikanin ərazi bűtövlűyű uğrunda Qarabağ döyüşlərində iştirak etmişəm. DİN tərəfindən «muharibə veteranı» vəsiqəsi verilib.

Binəqədi qəsəbəsində yaşadığım űçűn ərazi təşkilat şőbəsi barədə məlumat verərdiniz. Űzv olmaqla əlaqədar yaxınlaşmaq istərdim.

TƏŞƏKKŮRLƏR.

***

Salam, mən Qarabağ Müharibəsi Veteranıyam. Qeydiyyatım Binəqədi rayonunadır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə üzv ola bilərəm?

Şahmar Əliyev

Cavab: Üzvlüklə bağlı AVMVİB R. Quliyev küçəsi — 2 ünvanda /Nargilə kafesi yaxınlığında, Mirvari palas ilə üzbəüz/ qərargaha müraciət etməniz məsləhətdir. Əlaqə telefonu inboksunuza göndəriləcək.

***
Xasim Mütəllimov — Salam Masallıda AVMVİB-nin Masallı rayon şöbəsini təşkil etmək üçün hansı sənədlər lazımdı?

Cavab: Bu məsələ ilə bağlı AVMVİB Təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etmək lazımdır. Ona görə təşkilata gəlməniz vacibdir.

***

Fərman Nəbiyev — Salam. Əziz vətənimizin fəxrləri olan veteranlar. Bir şey öyrənmək istəyirəm. Dövlət büdcəsindən maliyələşən müəssisədə işləyən veteran işçiyə məzuniyyət ikiqat verilməsi haqda dövlətin bir qərarı varmı? Əvvəlcədən təşəkkür edirəm.

Cavab: AVMVİB Hüquqi və sosial məsələlər üzrə müavin Abbas Hüseynli bildirdi ki, Veteranlar üçün ikiqat məzuniyyət mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

Bu xəbəri paylaşın: