Kəlbəcər rayon 84 nömrəli məktəbin müəllimlərindən yüksək nəticə

Kəlbəcər rayon 84 nömrəli tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Məryəm Əhmədova və tarix müəllimi Tünzalə Əzimova müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə göstəriblər.

Belə ki, Məryəm Əhmədova sertifikasiya imtahanında 54 bal, Tünzalə Əzimova isə 51 bal toplayaraq uğurlu nəticə əldə ediblər.
Müəllimlərimizi bu nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində yeni uğurlar və yüksək nailiyyətlər arzulayırıq. İnanırıq ki, onların bilik və bacarıqları bundan sonra da şagirdlərin keyfiyyətli təhsil almasına, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişməsinə, eləcə də ölkəmizdə təhsilin inkişafına mühüm töhfələr verəcəkdir.

Məryəm və Tünzalə müəllimə gələcək fəaliyyətlərində bol uğurlar arzulayırıq!

Bu xəbəri paylaşın: