26 iyun — Silahlı Qüvvələr Günü qeyd edildi

24 iyun 2026-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında 26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, qazilər və müharibə iştirakçıları QHT-lərin yerli nümayəndələri iştirak etdilər.
Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilən tədbirdə daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Rayon rəhbəri Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətindəki uğurlu siyasətindən, ölkə başçısı cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edərək ətraflı məlumat verdi. Daha sonra RİH başçısı aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda böyük məsləhətçi Nəriman Nəcəfzadə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümü ilə bağlı geniş məruzə ilə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon təşkilatının sədri Azad Musayev məruzə ətrafında çıxış etdilər.
26 iyun — Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir “Qalib Ölkənin Qalib Ordusu” adlı filmin nümayiş etdirilməsilə yekunlaşdı.

Whats-App-Image-2026-06-24-at-18-36-57
Bu xəbəri paylaşın: