Türkiyədən Əsəd ordusuna dəhşətli zərbə — 499 əsgər öldü — VİDEO

Suriyanın İdlib və Hələb şəhərlərində vəziyyətin gərginləşməsi səbəbindən döyüşən tərəflərin itkiləri təxmin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqlarının Müşahidəsi Mərkəzinin (The Syrian Observatory for Human Rights, SOHR) saytında bildirilib.

Təşkilatın fəalları hava bombardmanları və yerüstü əməliyyatlar nəticəsində Suriya qoşunları, hökumətyönlü və müxalif qüvvələr arasında “böyük insan itkisini”nin olduğunu qeyd edirlər. SOHR-in məlumatına görə, Suriya müxalifəti üçün vuruşan 454 nəfər, o cümlədən 405 terrorçu öldürülüb. Digər tərəfdən, hökumətyönlü qoşunların və rejim tərəfdarlarının 499 əsgəri, o cümlədən 10 xarici könüllüsü qarşıdurmanın qurbanı olub.

SOHR-in verdiyi məlumata görə, raket atəşi nəticəsində türklər İdlibdə 13 əsgər və bir məmur itiriblər.

Həmçinin, qeyd edilir ki, yanvarın 24-də Rusiyanın dəstəyi ilə başlayan genişmiqyaslı hərbi əməliyyat Suriya rejiminə Hələb-Dəməşq beynəlxalq magistral yolunu tamamilə nəzarət altına almağa, rejimin əsas məqsədinə çatmasına imkan verdiyi bildirilir. Bundan əlavə, hökumət qoşunları 101 kəndi, İdlibdə bir şəhəri və Hələbin 35 rayonunu ələ keçiriblər.// Teleqraf.com


Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •