Koronavirus STATİSTİKASI

Son dəqiqələrin statistikasına görə, dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı 275.434 nəfəri keçib.

Fedai.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Ölənlərin sayı isə rəsmi olaraq 11.399 nəfərdir.

İtaliyada koronavirusa yoluxanların sayı durmadan artır. Son rəqəmlər 47.021 nəfərin bu virusdan əziyyət çəkdiyini göstərib. Dünyasını dəyişənlər isə 4 871 nəfərdir. İspaniyada isə 1093 nəfər bu səbəblə vəfat edib. 

Digər ölkələrdə isə ölüm sayı İran —1433, Fransa – 455, İngiltərə — 178, Türkiyədə isə 21 nəfərə yüksəlib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •