AVMVİB Mübariz Mənsimovun həbsindən narahatdır

Türkiyə Respublikasının vətəndaşı, soydaşımız Mübariz Qurbanoğlu Mənsimov barədə Türkiyə Respublikası məhkəməsinin seçmiş olduğu həbs qəti-imkan tədbiri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin hər bir üzvünü narahat edir.

Mən 20 il istintaqda işləmiş sabiq bir müstəntiq kimi deyə bilərəm ki, sosial şəbəkələrdə qeyd edilən M. Mənsimovun FETÖ təşkilatına aid olan şəxslərlə söhbət etməsi, onlarla zəngləşməsi və ya onlarla hər-hansı bir fotoşəkillərinin olması M. Məsimovun əməlində «Terrorçuluq» cinayətinin əlamətlərinin olmasını göstərmir. Belə ki, terrorçuluq nədir?

«Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq yaxud dövlət hakimyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlıqlarına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir».

Yuxarıda qeyd edilənlər «Terrorçuluq» cinayətinin törədilməsi üçün nəzərdə tutulmuş əlamətlərdir. Bu əlamətlərin heç birisi M. Mənsimovun əməlində olmaması gün kimi aydındır.

Sosial şəbəkələrdən görünür ki, hələ 2017-ci ildə M. Mənsimov «FETÖ» cinayətinə görə ittiham edilmiş, lakin əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin icraatına xitam verilmişdir.

Sual ortaya çıxır ki, M. Mənsimov kimlərin sifarişi ilə ittiham edilir?- mənə elə gəlir ki, M. Məsimov ermənilərin və erməni xislətli şəxslərin göstərişi ilə həbs edilmişdir. Ona görə ki, o, Azərbaycan xalqının erməni faşistlərinə qarşı apardığı mübarizədə öndə olan və torpaqlarımızın tez bir zamanda işğaldan azad edilməsinə çağırış edən ziyalılarımızdan birincisidir. Məhz bu xüsusiyyətlərinə, şəhid ailəsinə, müharibə əllillərinə, müharibə veteranlarına, xaricdə oxuyan tələbələrimizə, imkansız şəxslərə yardımçı olduğu üçün M. Mənsimov ittiham edilir.

Bütün bunlara görədə Azərbaycan xalqının vətənsevər insanları kimi AVMVİB M. Mənsimov barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini və onun dərhal azadlığa buraxılmasını Türkiyə dövlətindən xahiş edir. Ümid edirik ki, Türk ədaləti bir daha zəfər çalacaq!

ABBAS Hüseynli
AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini
Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •