Tələbələrimizə sahib çıxmalıyıq

Günlərdir Türkiyədə təhsil alan iki övladımın və digər tələbə uşaqların Azərbaycana gətirilməsi və ya orda qala bilmələri üçün təhsil aldıqları Universitet tərəfindən öğrəncilərə dəstək məqsədilə bəlli yardımların edilməsi haqqında yetkililərlə söhbətlər aparıram. Məlum məsələdir ki, virusla bağlı günəmuzd işləyən insanlar heç bir yerdə işləyə bilmir. Dövlətlər karantin elan ediblər. Bu da mənim kimi bir çox ailələri və tələbə uşaqları çox pis vəziyyətlə üz-üzə qoyub. Kuşadası və Alanyada təhsil alan tələbələrin bir çoxu ilə mütəmadi əlaqə saxlayıb hallarını vəziyyətlərini öyrənir onlara bu çətin günləri atlata bilmələri üçün motivasiya edirəm.

Amma təbii ki, bunun da bir yerə qədər yolu var. İmkanlar olduqca məhduddur. Ailələr öz hesablarına oxutdurduğu övladlarına kömək edə bilmirlər. Məlum məsələdir ki, bir tələbənin orda aylıq kirayəsi ilə keçimi minimum 1500-2000 TL arasıdır. Bu da bizim AZN qarşılığında 500-600 manat civarında edir. Çalışa bilməyən günəmüzd işləyən ailənin övladının vəziyyəti çox acınacaqlıdır. Onların bir çoxu imkansızlıq üzündən heç vətənə gələ bilmirlər. Günlərdir İstanbul Hava limanında gecələyən vətənə gələ bilmək üçün uçaq gözləyən tələbələrimiz var. Mən öz səhifəmdən üzümü təkrar Azal rəhbərliyinə tuturam.

Azərbaycana dönmək istəyən tələbələrin təxliyyəsi üçün əlavə reyslər təşkil edin. Övladlarımızın ailələrinin yanına dönmələrini pulsuz təmin edin. Daha sonra Türkiyənin Azərbaycandakı Səfirliyinə, Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinə, Alanya, Kuşadası və digər şəhərlərdə təhsil alan tələbələrimizin yaşadıqları şəhərlərin bələdiyyə rəhbərlərinə, Universitet yetkililərinə üzümü tutub iki tələbə anası olaraq öz adımdan və digər ailələr adından bir başa müraciət edirəm. Bu tələbələrin həyatı ilə keçimi ilə maraqlanın lütfən. Onlara dəstək olun. Bu ağır və çətin dönəmdən keçə bilmələri üçün bələdiyyə, Universitet rəhbərləri ailələrin və öyrəncilərin vəziyyətini nəzərə alaraq onlara bəlli bir miqdarda köməklik etmələrini rica edirəm. Keçimlərinə yardımçı olsunlar.

Onlar sabah öz fəaliyyətlərilə təhsil aldıqları Universiteri, ölkəni və bütünlükdə Türk Dünyasını təmsil edəcəklər. Rica edirəm gələcəyimizə öz əlimizlə balta vurmayaq. Çətinliklər bərabər aşılırsa, işlər asan olar. Bu məqsədlə mənim yanımda olan və dəstək duran əziz bacım Ögeday Nigar da öz təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, mənim bu çağırışıma Azərbaycan və Türkiyədəki aidiyyatı qurumlar duyarsız qalmayacaq. Biz iki dövlət canı, qanı bir olan qardaş millətik. Pis günümüz də yaxşı günümüz də bizimdir.

Öncədən təşəkkürlər.

P.S. Dostlar rica edirəm paylaşın ki, aidiyyatı qurumlara səsimizi duyura bilək

Umuxanım Hüseynzadə

На изображении может находиться: 2 человека, люди улыбаются

Bu xəbəri paylaşın: