Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu, ölənlərin sayı 50 mini keçib

ABŞ-dakı Johns Hopkins Universitetinin hesablamasına görə, dünyada koronavirusa yoluxanların sayı bir milyonu keçib. Bu rəqəmlərə görə dünyada yoluxma halları bir həftədən də az müddətdə iki qat artıb. Covid-19-dan ölənlərin sayı 51 mindən çox olub.

Universitetin son məlumatlarına görə, Covid-19-a yoluxanların ən çox olduğu ölkələr ABŞ, İtaliya, İspaniya, Almaniya, Çin, Fransa, İran, İngiltərə, İsveçrə və Türkiyədir.

Bu virusdan ölənlərin ən çox olduğu ölkələr isə İtaliya, İspaniya, ABŞ, Fransa, Çin, İran, İngiltərə, Hollandiya, Almaniya, və Belçikadır.

Son günlərdə ən çox ölüm halı ABŞ-da qeydə alınıb. Ötən gün bu virusdan min nəfər ölüb.

Koronavirus (Covid-19) üç ay əvvəl Çində müəyyən edilib.

Johns Hopkins Universitetinin məlumatına görə virusa yoluxanların rəsmi sayı bir milyondan çoxdur, amma həqiqi sayın bundan daha çox olduğu düşünülür.

Yoluxma sayının dörddə biri ABŞ-da, yarısı isə Avropada qeydə alınıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •