Ermənistan Parlamentində deputatlar Sasun Mikayelyan və Edmond Marukyan arasında dava olub.
Qaynarinfo Ermənistan KİV-nə istinadən xəbər verir ki, Maariflənmiş Ermənistan fraksiyasının lideri Edmon Marukyanın çıxışı zamanı onunla Mənim Addımım fraksiyasından olan deputat Sasun Mikaelyan arasında polemika yaşanıb. Çıxış zamanı Marukyan Mikayelyanı «əmi» adlandırıb, o isə belə deməməsini tələb edib. Daha sonra Mikaelyan Marukyanı hədələyib və qalxaraq onu vurub. Marukyan isə deyib ki, məni öldürsən də susmayacam.
Sasun Mikaelyan Marukyanın boğazını kəsəcəyinə söz verib. Marukyan isə bildirib ki, boğazımı kəsən hələ dünyaya gəlməyib, burada danışmaqla deyil.
Daha sonra spikder Ararat Mirzoyan iclası təxirə salıb. Gərginlik yenə də azalmayıb. Canlı yayım kəsilib, Mirzoyan təhlükəsizlik xidmətinə zəng edib. /Qaynarinfo/