Müdafiə nazirliyi Paşinyandan deyil, Süleymanovdan inciyib…

Təlxək Paşinyan ölkəmizlə oynamağı sevir. Xüsusən də bizim Müdafiə nazirliyini daha çox sevir. Çünki bu qurum adına layiq müdafiə işləri ilə məşğul olur. İstər Həsənov olsun, istərsə də Sadıkov olsun, onlar, ancaq müdafiəylə məşğul olurlar. Nəyi qorumağa gəlincə isə, bildirim ki, bu gün hələlik düşmənin bir çox postlarda qoyduğu hərbi formalı «maniken kuklaları» və bir də Şuşaya təşrif buyuran Paşinyanla Annasını qoruyurlar. Elə bilirsiniz ki, Sadıkov dilini bilmədiyi bir ölkənin torpağını qorumaq üçün vəzifələndirilib?

Lazım gələndə onun iştirakıyla, mütləq bu nazirliyin adını dəyişib Hücum nazirliyi qoymalıyıq. Onda «Fədai» qəzetinin şinelindən çıxmış jurnalist Rəşad Süleymanova haqq vermək olar. Çünki onlar, həqiqətən də müdafiə işiylə məşğul olurlar. Görürsən, özlərini necə müdafiə edirlər? Bellərində, əllərində yaman günün hər gün köhnəlməkdə olan yarağı, Paşinyanında Şuşadakı masasında tut arağı. Rəşad bəy «vur, vur» deyir, raket badə deyil ki, vurasan. Bir ətək pul vermişik. Paradda -zadda göstəririk.

Görün bu «müharibə uşağı» bizim «Müdafiə»çilərə nə yazır: «Düşməni vurub dağıtmaq yerinə, işi pafosla basıb bağlamaq olan Müdafiə Nazirliyimizə isə cəmiyyət inanmır. Bir obyektiv tədqiqat aparılsa nəticələri Müdafiə Nazirliyini “format eləməyə” bəs edir.

На изображении может находиться: Rashad Suleymanov, небо и на улице

2013-cü ilin oktyabr ayında baş verən dəyişikliklər orduda xidmət edən zabit və gizirlərimizdə müəyyən ümid işartıları yaratmışdı. Qısa zamanda o ümidlər nənki puça çıxdı, hətta Əbiyevin ölənlərinə rəhmət oxumağa başladılar.

Səbəbləri o qədər çoxdur ki sadalamaqla bitən deyil. Bunun üçün ayrıca səhifə-səhifə məqalələr bəs eləməz.

Siz özünüz də yaxşı bilirsiniz ki, artıq bir komandir kimi hətta yaxınlarınız belə sizə inanmır.

Ordunu döyüşə komandiri aparır.

Həm mayın 8-də, həm də bu gün biz qarabağlıların sonuncu ümidlərini öldürüb, Şuşaya gələn Paşinyanların ayaqları altına atdınız.

Bu gündən ya Siz, ya da sələfiniz Rəhim Qazıyev, Şahin Musayev. Mənim gözümdə eynisiniz.

Min illərə dayanan hərb tariximizin utanc dövrü kimi xatırlanacaqsınız.»

Rəşad bəy, futbolda heç müdafiəçinin hücumda oynadığını görmüsünüz? Hamı çıxıb getsin «qol vurmağa», bəs «qapını» kim qorusun? Ona görə də bizim «müdafiəçi»lərin sözçüsü «haqlıdır»: Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Ordusuna qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək. Qeyd edilib ki, son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna qarşı aparılan təxribat xarakterli kampaniyaya “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanovun qoşulması təəssüf hissi doğurur:

«Əsgər rütbəsində hərbi xidmət keçmiş bir şəxsin strateji səviyyədə mülahizələr yürütməsi qəbuledilməzdir. Müxtəlif qüvvələr tərəfindən maliyyələşdirilən bu şəxs Müdafiə Nazirliyinə qarşı başladılan qarayaxma kampaniyasına, eləcə də düşmənin Azərbaycan Ordusuna qarşı apardığı informasiya təbliğatına dəstək verir.

Bildiririk ki, bununla bağlı Müdafiə Nazirliyi tərəfindən hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək».

Soruşmaq ayıb olmasın, düşmənə atəş açmaq fikri təxribatdırsa, sizin üçün təxribat olmayan nədir? Sadıkov üçün rusca tərcüməsini yazdığıma görə oxuculardan min dəfə üzr istəyirəm: «Если идея стрельбы по врагу является провокацией, то чем не является для вас провокацией?» Qaldı belə tədbir görənsinizsə, xalq öz ordusundan düşmənə həmlə etməsini istəyir. Sizin istəyiniz nədir?

Müdafiə nazirliyi, heç olmasa blef edib, paşinyanın səfər təfərrüatlarını poza biləcək bir bəyanat verə bilərdi ki, Şuşa şəhəri N x n kordinatları üzrə 18:00-dan atəş altında olacaq. Etmədiniz… Çünki işləmirsiniz? O «müharibə uşağı» haqlıdır.

Bir dəfə yazmışdım və təkrar yazmaqda fayda var. Bizim müdafiə naziri siyasi diplomatiya ilə, xarici işlər naziri isə pantomimo ilə məşğul olur. Ölkə qalıb, 30 kiloqramlıq Leyla Abdullayevanın ümidinə. Bilmir ki MN əvəzinə danışsın, yoxsa XİN əvəzinə bəyanat oxusun?

Bir də 100 ilin peşəkar jurnalisti, üstəlik müharibədə əldə silah döyüşmüş müharibə əlili kimi MN-nin son cümləsini heç anlamadım: «Bildiririk ki, bununla bağlı Müdafiə Nazirliyi tərəfindən hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək».

Yəni bu tədbirlər Paşinyana qarşı görüləcəkmi, yoxsa bizim jurnalist Süleymanovamı?

Deyəsən bu sahədə də MN adəti üzrə kordinatları səhv salıb, ya da Sadıkov qəsdən yanlış verib.

Məlumat üçün bildirim ki, qarışdırmasınlar, Süleymanov azərbaycanlıdır, düşmən erməni Paşinyandır. Hamı elə deyir. Qarabağı işğalda Süleymanov deyil, Paşinyanla Araik Aritunyan saxlayır. Müdafiə nazirliyi bəs nə düşünür?

Platonun əsgər haqqında bir fikrini diqqətinizə çatdırım ki, normal ölkələrdə əsgər düşmənə qarşı nifrət hissi ilə, özününkülərə qarşı isə mülayim və qayğıkeş bir ruhda tərbiyyə edilməlidir. Bizdə nədənsə hər şey tərsinədir…

Xaqani Ədəboğlu

AVMVİB Mətbat Xidməti

Bu xəbəri paylaşın: