Ağ libaslı mələklərin fədakarlığı

“Cəmiyyətin ən şairanə və gülərüzlü şəxsiyyətləri olmaqla onlar həvəsləndirir, fərəhləndirir və nəcibləşdirirlər”. Bu sözlərin müəllifi məşhur rus yazıçısı və həkim A.P. Çexovdur. O, bu sözləri həkimlərin və onların köməkçilərinin ünvanına söyləmişdir.

Bu gün müasir tibb elmi inkişafın elə yüksək zir­vəsinə qalxıb ki, qırx-əlli il öncə bu fər­ziyyə, hətta həyata keçməz bir arzu kimi qəbul oluna bilərdi. Hal-hazırda qazanılan bu nailiyyətlər artıq adi bir iş kimi sakitcə qəbul edilir (görünür insan təbiəti belədir). Hal­buki yaxın zamanlara qədər insanın müxtə­lif daxili üzvlərinin: ürəyin, böyrəyin trans­plantasiyası, ürək damarlarının dəyişdiril­məsi, baş-beyin və göz damarların üzərində aparılan nanotexnologiya əsaslı cərrahi əməliyyatlar barədə danışma insanı heyrətə gətirirdi. Artıq bütün bunlar hamısı bəşəriyyətin dünənki günüdür. Bu gün isə təbabət lap nağıllarda olan cəngavərlər, qəhrəmanlar kimi saasbasaat, gün-bəgün inkişaf edir, təkmilləşir.

Lakin müalicə və diaqnostikanın texniki təminatı nə qədər ən son texnoloji yeniliklər sayəsində inkişaf edib mükəmməlləşsə də, insanın sağlamlığı keşiyində duran canlı həkim həmişə aparıcı mövqedə qalacaq. Təbabətdə hər şey dəyişikliyiə məruz qalır, gündən-günə inkişaf edir, belə ki, o dəyişməyə, yeniləşməyə bilməz. Yeganə dəyişməyən isə həkimin qarşısında duran yüksək mənəvi etik, peşəkarlıq tələbi olacaqdır.

Mənəvi iqlim yaxşılaşdıqca hər bir insanın bacarıq və istedadını onun dünya sivilizasiyasının mənəvi mədəni zənginliklərinə yiyələnmə cəhdini artırır. Əxlaqi tərbiyə həyat tərzinin hərtərəfli təkmilləşdiilməsi ilə sıx əlaqəlidir. Bu prosesdə ictimai borca şüurlu münasibət, fəal həyat mövqeyi formalaşır. Sözlə işin vəhdəti gündəlik davranış normalarında təşəkkül tapır. Buna görə də insan həyatında əsas məsələlərdən biri davranışda mənəvi amil əqidəsinin onun işində və əməllərində tə¬zahür etməsidir.. Tərbiyəyə elə bir müddəanı təlbiq eımək olar ki, ideyalar kütlələr tərəfindən qəbul edilir, mənimsənilir. İnsanlar arasındakı münasibətin əsas tənzimləyicisi kimi, əmək sosial-əxlaqi qiymət və normalarını tənzimləyir.

Hər bir şəxsiyyətin sosial-ictimai dəyərli davranışında mənəvi stimullar geniş yer tu­tur. Bu mənəvi stimullar fəaliyyət za­manı qarşıya qoyulan məqsəddə təyinedici kimi rol oynayırlar, başqa heç biri ilə uy­ğunlaşmırlar (məsələn, şəxsi maddi maraq­la). İnsanın hərtərəfli mənəvi inkişafı humanist vətəndaş cəmiy­yəti quruculuğunun başlıca məqsədlərindən biridir.

Con Lokkun və Jan Jak Russonun “ictimai müqavilə” nəzəriyyəsindəki ictimai məsuliyyət anlayışını həmişə mədəni toplumların milli və ümumbəşəri dəyərləri fonunda  müqayisə etməyə çalışmışam. Hər zaman da üstünlüyü zəngin dəyərlərinə sahib olan və onu minilliklərdir qoruya bilən Azərbaycan xalqına vermişəm.

İstəyirəm ki, oxucularımıza belə yüksək dəyərlərimizin daşıyıcılarından danışım. Onlardan xəbərsiz danışacam. Həkimdirlər. Bəlkə də nə vaxtsa xəbər tutacaqlar bu yazıdan. Əksəriyyətinin soyadlarını da bilmirəm. Bildiyim odur ki, belə insanların dəyərini ifadə edib qiymətləndirməsək sosioloji qanunauyğunluq olaraq onlar getdikcə tükənəcək, dəyərlərimizdəki varislilik prinsipi pozulacaq.

Bu yaxınlarda çox möhkəm xəstələnmişdim. Yaşadığım şəhərdəki klinikaya getdim və inandırım ki, məni sağaldan iynə-dərmandan çox klinikanın həkim kollektivinin humanizmi, peşə etikası və mənəvi-psixoloji dəstəyi oldu. Klinikanın adını çəkmək istəmirəm. Amma bu kollektivin rəhbəri Seymur Şəkərovun və məni müalicə edən tibbi personalın peşəkarlığını və qayğıkeşliyini qeyd edəcəm. Son görüşümdən Seymur həkimin bir şəfa ocağının reklam olunmasına mənfi münasibətini öyrənmişdim. Doğrudan da şəfanı verən həkim olduğu halda şəfa evinin adının nə önəmi var ki. Şəfa evi şəfa verən həkimin adı ilə tanınar. O həkim olmaqla yanaşı həm də xəstələrin ümid yeridir. Müşahidələrimə əsasən, qeyd edim ki, hər dəfə onun otağın fikirli və ümidsiz daxil olanların oradan bir gülərüz və gümmrahlıqla çıxdıqlarına dəfələrlə şahid olmuşdum. Marağıma güc gəlməyib müaliəmin sonuncu günü mən də onunla görüşmək və təşəkkür üçün otağına keçdim və belə alicənab bir insanı tanımış olmağıma çox sevindim. Bu insan yükək tibbi elmi peşəkarlığa malik olmaqla yanaşı həm də yüksək nəcib keyfiyyətlərə malik olduqca sadə bir insandır. Deyir ki, hər bu otağa daxil olan özünün çəkə bildiyi ağrı-acısı ilə, çəkə bilməyəcəyi dərdi ilə birgə daxil olur və bu dərdə şərik olan isə mən oluram.

Təranə xanım. Daha bir bir yüksək peşə-ixtisas hazırlığına malik həkim. Bu insanı bir saniyə belə vaxtını səmərəsiz itirən görmədim. Hər saniyəsini xəstələrə ayıran Təranə xanım, əminəm ki, evində istirahət etdiyi zaman belə, zamanına heyfslənmədən onu xəstələrinə uzaq məsafədən konsultasiya üçün xərcləyir. Gücü çatsa şəfa vermək üçün günəş olub gecələr də işıq saçar.

İradə xanım kimi şəfqət bacısı, Xuraman xanım, Mirvari xanım kimi şəfalı əllərə malik təvazökar tibb işçilərinin yer aldığı bu möhtəşəm kollektiv ağ libaslı mələklər kimi Azərbaycan xalqının sağlamlığının keşiyində qürurula dayanırlar. Onların bu ümumbəşəri missiyası doğrudan da onu deməyə əsas verir ki, həkimlik sənəti hər bir ağ xalat geyinən insanın müqəddəs andıdır. Ağ xalatlı insanlar müqəddəs bir xalat daşıyırlar çiyinlərində. Biz vətəndaşlar isə bu kollektivin timsalında bütün səhiyyə işçilərinin ən azından dəyərini çiyinlərimizdə hiss etməliyik.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •