AVMVİB Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə xeyriyyə aksiyası

19 mart 2026-cı ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə xeyriyyə aksiyası həyata keçirilmişdir. Aksiya çərçivəsində adının çəkilməsini istəməyən xeyriyyəçi iş adamının maddi dəstəyi ilə 35 aztəminatlı ailəyə, şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə əlillərinə Ramazan payları təqdim olunmuşdur.

Tədbirin əsas məqsədi müqəddəs Ramazan ayı münasibətilə ehtiyacı olan ailələrə dəstək göstərmək, onların yanında olmaq və cəmiyyətdə həmrəylik, paylaşma və mərhəmət dəyərlərini təşviq etmək olmuşdur.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-03-21-at-09-08-12

Whats-App-Image-2026-03-21-at-09-08-12-(1)

Whats-App-Image-2026-03-21-at-09-08-12-(2)

76789k9

Bu xəbəri paylaşın: