Bu gün silahdaşlarımızdan biri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovun doğum günüdür! 1975-ci ildə dünyaya gələn Taleh müəllim bu gün – 31 mart tarixində 50 illik yubileyini qeyd edir.
Taleh Tapdıqov uzun illərdir bölgə veteranlarının sosial problemlərinin həllində fəal iştirak edir, onların hüquq və maraqlarının qorunması üçün yorulmadan çalışır. O, rayonda veteran adının uca tutulmasına və onların cəmiyyətə inteqrasiyasına mühüm töhfələr verib. Xüsusilə, AVMVİB İmişli rayon şöbəsinin sədri kimi fəaliyyəti dövründə veteranların qayğılarının dövlət qurumlarına çatdırılması və həllinə nail olması ilə tanınıb.
Bundan əlavə, Taleh Tapdıqov jurnalistika sahəsində də fəallığı ilə seçilib. O, vaxtilə «Fədai» qəzetinin bölgə müxbiri kimi çalışaraq veteranların qarşılaşdıqları çətinlikləri ictimailəşdirib, onların haqlı tələblərinin yerinə yetirilməsi üçün mətbuatın imkanlarından istifadə edib. Peşəkar jurnalist kimi ictimaiyyətin diqqətini bu məsələlərə yönəldərək, bir çox sosial məsələlərin həllinə töhfə verib. Bu əlamətdar gündə Taleh Tapdıqovu təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Taleh Tapdıqov doğum günü yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayir.
AVMVİB-in Mətbuat xidməti




