Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qax rayon şöbəsinin sədri, istefada olan leytenant Cabbarov Cabbar Manaf oğlunun doğum günüdür. Mart ayının 24-də onun 61 yaşı tam olur.
Cabbar Cabbarovun hərbi və ictimai fəaliyyətində qazandığı uğurlar, ölkəmizin müdafiəsinə verdiyi töhfələr silahdaşlarımız və veteranlarımız arasında böyük hörmət və ehtiramla xatırlanır. Onun keçdiyi həyat yolu, fədakar xidməti və vətənpərvər fəaliyyəti gənc nəsil üçün örnəkdir. O, veteranlarımızın cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi və müharibə iştirakçılarının layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Cabbarov Cabbar Manaf oğlunu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır.
AVMVİB-in Mətbuat xidməti

