Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şirvan şəhər şöbəsinin sədri, istefada olan kapitan Zaur Vahidovun ad günüdür. Mart ayının 7-də onun 58 yaşı tamam olur.
Müharibə Veteranı- istefada olan kapitan Vahidov Zaur Əlsafa oğlu 1968-ci ilin mart ayının 7-də Şirvan şəhərində zəhmətkeş ailədə anadan olub. 1985-ci ildə Əlibayramlı (indiki Şirvan) şəhər orta məktəbi, 1997-ci ildə Şirvan şəhər Sənaye Texnikomunu, 1998-ci ildə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin hazırlığı kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim — metodiki toplanışlarda, hərbi və xüsusi təlimlərdə, seminar və konfranslarda iştirak edib. Zaur Vahidov hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul və Izmir şəhərlərində yerləşən hərbi hissələrində və hərbı məktəblərində işgüzar səfərdə olmuşdur. 1986-1988- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Permski şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1988-1992-ci illərdə Şirvan şəhərində yerləşən Cihazqayırma zavodunda müvafiq vəzifələrdə işləyib. 1992-2012-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş idarəsinin Şirvan (Əlbayramlı) şəhərində Lənkəran və Hacqabul rayonunda yerləşən əməliyyat və tədris hərbi hissələrində taqım komandiri, böluk komandirinin müavini, təminat bölüyün komandiri, kicik mütəxəsislər hazırlayan tədris böluyün komandiri vəzifələrində xidmət etmişdir. Kapitan Zaur Vahidov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azerbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak etmişdir. Müharibə veteranıdır. 2022-ci ilin oktyabr ayından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şirvan şəhər şöbəsinin sədri vəzifəsindədir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Vahidov Zaur Əlsafa oğlunu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.
AVMVİB-in Mətbuat xidməti




