Ağstafa rayonunda Novruz bayramı münasibətilə geniş tədbir keçirilib. Rayonun Heydər Əliyev parkında təşkil olunan bayram şənliyində ictimaiyyət nümayəndələri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağstafa rayon şöbəsinin üzvləri də fəal iştirak ediblər. Bayram tədbiri Novruzun milli-mənəvi dəyərlərimizin təcəssümü kimi yüksək əhval-ruhiyyə şəraitində baş tutub.
Tədbirdən sonra Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qaziləri, veteranları, eləcə də AVMVİB Ağstafa rayon şöbəsinin üzvlərini qəbul edib. Görüş zamanı icra başçısı onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib.
Görüş iştirakçıları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
