Təbrik: Bayram Cəfərov — 62

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Çilov şöbəsinin sədri Bayram Cəfərovun ad günüdür. Mart ayının 15-i onun 62 yaşı tamam olur.

Bayram Cəfərov müharibədən qayıtdıqdan sonra da döyüşçülərin hüquqlarının müdafiəsində iştirak edən ən fəal şöbə sədrlərindən biri kimi dəfələrlə Fəxri fərmanlar və xatirə medallarıyla təltif olunub. Çalışdığı «Azneft» İstehsalat Birliyi 28 May NQÇİ-də müharibə veteranlarına və şəhid ailələrinə münasibəton daim örnək bir şəkildə olmasını dəfələrlə yazmışıq. «Azneft» İstehsalat Birliyi 28 May NQÇİ 44 günlük Vətən müharibəsi günlərində və indi də Ali Baş Komandanın çağrışlarına uyğun olaraq daim döyüşən ordunun və döyüşçülərin yanında olmuşlar.

Bayram Cəfərov çalışdığı müddətdə daim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) mətbu orqanları ilə sıx əlaqələri olub. Bakıdan uzaq bir adada AVMVİB-in bir adası kimi daim iftixarla adını çəkmişik Bayram bəyin.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, həmçinin fedai.az və veteran.az saytının kollektivi Cəfərov Bayram Bəyəndik oğlunu ad günü münasibəti ilə bir daha təbrik edir, ona uzun ömür cansağlığı arzulayır!

AVMVİB-in Mətbaut xidməti

Bu xəbəri paylaşın: